Yerli sakinə təzyiq göstərməkdə ittiham olunan Marneuli meri istefa verib
Tbilisi/14.02.19/Turan: Marneuli bələdiyyəsinin (Gürcüstanda azərbaycanlı əhalinin yaşadığı region) rəhbəri, hakim Gürcü Arzusu Partiyasının üzvü Teymur Abazov istefa verib.
Gürcüstan İctimai Televiziyasının məlumatına görə, onun səlahiyyətləri 2018-ci ilin iyununda dayandırılıb. Belə ki, yerli sakin Elçin Allahverdiyevi alçaltmaqda ittiham olunub. Sonuncu Facebook-da Abazovun və Gürcü Arzusu Partiyasının rəhbəri Budzina İvanişvilinin həyat yoldaşlarının ünvanına təhqiramiz ifadələr işlədib.
E.Allahverdiyevin alçaldılması barədə video İnternetdə yayıldıqdan sonra Abazovu saxlayıblar. Bu, onu hamının qarşısında üzr istəməyə məcbur edib. İstintaqın məlumatına görə, bundan öncə onu döyüblər, əvvəlcə Vahid Milli Hərəkat Partiyasından Azər Süleymanov, sonra da Marneuli Rayon Şurasının deputatı Ramin Allahverdiyev. Sonra zərərçəkmişi Abazovun yanına aparıblar. O, Allahverdiyevi birbaşa efirə çıxaraq üzr istəməyə məcbur edib.
Ötən ilin dekabrında Rustavi Rayon Məhkəməsi 10 min lari (3,8 min dollar) müqabilində zaminə buraxıb.
"Bu gün mənim vəkillərim Marneuli sakrebulosuna mənim istefa ərizəmlə müraciət ediblər. Ümid edirəm ki, məhkəm obyektiv olacaq və mənə bəraət verəcək", - Abazov İctimai Televiziyaya bildirib.
Onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
Allahverdiyev, Quliyev və Süleymanova qarşı "bir qrup şəxs tərəfindən zorakılıq" maddəsilə cinayət işi qaldırılıb. Onları cərimə və ya 180 saatdan 240 saatadək ictimai faydalı əmək, ya da 2 ilədək həbs cəzası gözləyir. -02D-
-
- İqtisadiyyat
- 14 Fevral 2019 16:25
-
- Cəmiyyət
- 14 Fevral 2019 16:52
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 182
-
- Bazarların icmalı,
- 14:22
- 189
Rəy yaz