Zakir Həsənov Türkiyə rəhbərliyilə görüşüb
Bakı/29.03.18/Turan: Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Rəsmi məlumata görə, görüş zamanı hərbi sahədə ikitərəfli əlaqələr müzakirə olunub.
Həmin gün Z.Həsənov türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşlər zamanı qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır.
Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər diqqət mərkəzində olub.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz