
Zimbabve prezidenti Azərbaycana gəlib
Bakı/18.01.19/Turan: Zimbabve prezidenti Emmerson Mnangagwa yanvarın 18-də Azərbaycana gəlib. AZƏRTAC-ın xəbərinə görə, onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Zimbabve prezidentinin Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcəyi və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənir.-0-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz