- Söz istəyirəm
- 28 Fevral 2015, 14:04
- 245
Boris Nemtsovun Ukrayna haqqında 10 sitatı
Forbes Boris Nemtsovun Ukrayna ilə bağlı 10 ən məşhur sitatını yada salıb.
Ukrayna siyasətçilərinin keyfiyyəti haqqında
Ukraynanın öz Heydəri yoxdur.
Və bu, faciədir. Heç kim ölkənin taleyinə görə ən ağır məsuliyyəti öz üzərinə götürmək istəmir. Heç kim kamikadze olmaq istəmir. Poroşenko da, Yatsenyuk da ölkəni iqtisadi böhrandan necə çıxaracaqları haqqında deyil, öz reytinqləri haqqında düşünürlər. Onlar hər ikisi qərar verməlidir: onlar üçün nə daha vacibdir – öz siyasi karyeraları, yoxsa Ukraynanın taleyi.
Nə qədər ki, Ukrayna Heydəri tapılmayacaq, ölkə həyat və ölüm arasında qalacaq. Putinin istədiyi kimi.
Vladimir Putinin Krımın ilhaqı nəticəsində əldə etdiyi dividentlər haqqında
[Vladimir Putinin] istədiyi və əldə etdiyi tək şey imperiya isterikasına və yalan təbliğata əsaslanan yüksək reytinqdir. Amma bu, uzunmüddətli deyil. Tezliklə xalq başa düşəcək ki, qiymətlər artıb, gəlirlər isə yox. Uzun müddət hər şeyi Obamanın üstünə atmaq alınmayacaq.
Nadejda Savçenko haqqıda
Nadejda Savçenkonun ayaqda durmağa gücü yoxdur, o, ölə bilər... Həmçinin, başa düşürəm ki, onun ölümü Putinə qarşı fərdi sanksiyalara səbəb olacaq, belə ki, Savçenkonun azad edilməsini ondan Merkelden Poroşenkoya qədər hamı xahiş edib.
Ləyaqət inqilabı haqqında
Qanlı Maydandan qaçmaq olar – bunun üçün yalnız ədalətli seçkilər keçirmək, TV-də yalan danışmağa son qoymaq və senzuranı ləğv etmək kifayətdir. Onda insanlar öz problemlərini meydanlarda deyil, seçki məntəqələrində həll edəcəklər.
Uzanan müharibənin əlamətləri haqqında
Təxmin etdiyim kimi, Putin Ukraynanın şərqində BMT sülhməramlı qüvvələrinin iştirakına etiraz etdi, bununla da müharibəni davam etdirmək istəyini təsdiq etdi... Ukraynaya silah tədarükü qaçılmazdır, sanksiyaların sərtləşdirilməsi də.
Müharibə davam edəcək. Əlbəttə ki, bütün bunlar dəhşətdir.
Minsk razılaşmaları haqqında
Minsk-2 doğulmamış öldü.
Zaxarçenko Minsk sazişlərini həyata keçirmək niyyətində deyil. O, Debaltsevoda atəşi dayandırmaq istəmir, Donetsk vilayətinin bütün ərazisini DXR zonası elan edib. Sərhədi Ukrayna sərhədçilərinin nəzarətinə verməyəcək və DXR ərazisini siyasi cəhətdən Ukraynadan asılı olmayan ərazi hesab edir.
Ukrayna DXR-in Qəzzə sektoru olduğunu nə qədər tez başa düşsə o qədər yaxşı olar.
Ukrayna haqqında hazırki həqiqət barədə
Ukrayna Avropanın ən çox korrupsiya olan ölkəsidir, çox təəssüf ki, o, hətta korrupsiyaya görə Rusiyadan daha pisdir.
Şəxsi mülkiyyət qorunmayıb, fond bazarı yoxdur, qrivnanın devalvasiyası 50%-dən çoxdur.
Buna görə hesab edirəm ki, müharibə başa çatdıqdan sonra iqtisadi islahatlarla məşğul olmaq lazımdır.
Ukrayna iqtisadiyyatı üçün xilas reseptləri haqqında
Birincisi, dövlət aparatını kəskin şəkildə ixtisar etmək lazımdır. İkincisi, vergiləri azaltmaq lazımdır. Kəmərləri sıxmaq lazım gələcək, amma bunu etmək lazımdır. Üçüncüsü, şəxsi təşəbbüsü dəstəkləmək lazım gələcək. Həm səhmləşməni, həm özəlləşməni, həm kiçik və orta biznesə dəstəyi nəzərdə tuturam.
Tamamilə aydındır ki, bunu etmək lazımdır, əks halda ölkədə iş yeri olmayacaq.
İnformasiya müharibəsində uduzma haqqında
Ukraynanın informasiya müharibəsini uduzduğu faktdır. Amma bu məsələ ilə bağlı çox narahat olmamalı olduğunuz da faktdır. Axı siz nasist dövləti deyilsiniz.
Hakimiyyətin yenilənməsi haqqında
Timoşenkonun problemi var. O, xarizmatikdir, gözəldir, demək olar ki, əfsanəvidir, yaxşı zövqü var. Hər şey gözəldir. Amma onun bekqrandu var. Mənə isə elə gəlir ki, ukraynalıların müəyyən yenilənmə tələbatı var.
Poroşenko yeni görünür.
Fevralın 27-dən 28-nə keçən gecə Moskvanın mərkəzində “RPR-Parnas” partiyasının həmsədri, müxalifətçi Boris Nemtsov qətlə yetirilib. Siyasətçi yoldaşı ilə birlikdə Böyük Moskva çayı körpüsündə gəzərkən qarşısında ağ maşın dayanıb, maşından düşən kişi Nemtsovun kürəyinə dörd dəfə atəş açıb. O, yerindəcə dünyasını dəyişib. Martın 1-də Nemtsov etiraz aksiyasına - “Vesna” anti-böhran yürüşünə rəhbərlik etməli idi.
-
- Söz istəyirəm
- 28 Fevral 2015 13:59
-
- Siyasət
- 28 Fevral 2015 14:35
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz