- Söz istəyirəm
- 28 May 2020, 15:45
- 273
Əbdürrəhman Vəzirov - 90
Vəzirov Əbdürrəhman Xəlil oğlunu ilk dəfə 1954-cü ildə kifayət qədər çox iştirakçısı olan hansısa gənclər tədbirində görmüşdüm. Həmin vaxt mən on beş yaşında, çox da fəal olmayan komsomolçu idim, bizim siyasi sistem haqqında kifayət qədər çox şey bilirdim və tribunalardan səslənən nitqlərə daxili şübhə ilə yanaşırdım. Amma alovlu nitqinin intonasiyasındakı səmimiliyi bizim komsomol başçımızın çıxışı məndə ikrah hissi oyatmadı.
İllər keçdi və mən əminliklə deyə bilərəm ki, harada işləməsindən asılı olmayaraq, Əbdürrəhman Vəzirovun səmimiliyi və düzgünlüyü bu günə qədər qalmaqdadır.
Ötən əsrin səksəninci illərinin əvvəllərində onun dəvəti ilə təzəlikcə SSRİ-nin Baş konsulu vəzifəsinə təyin edildiyi Nepala getdim və sələfinin əməllərindən səmimi şəkildə qəzəblənməsi məni heyrətə gətirdi - əvvəlki konsul dövlətin pulunu şəxsi komfortlu həyatını qurmağa sərf etmişdi.
Vəzirovun Azərbaycan Kommunist Partiyasının birinci katibi olması xalqımızın tarixinin faciəvi dövrünə təsadüf etdi. Həmin vaxtın da, bu günün də pərdəarxası siyasətinin incəliklərindən uzaq olan bir insan kimi mənim üçün A.X.Vəzirovun respublikanın rəhbəri vəzifəsində fəaliyyətini tam mənada qiymətləndirmək çətindir. Onun qərarlarının tənqidçiləri köhnə sözdə strateji təfəkkür, fədakar vətənpərvərlik və vətəndaş cəsarəti nümayiş etdirir. Amma bilmək olmaz, həmin siyasi şəraitdə onlar necə hərəkət edərdilər: yuxarıdan Moslva rəhbərliyinin sərt göstərişi, aşağıdan isə Qarabağla əlaqədar xalqın qızğın ehtirazları.
Amma həmin dövrdə də arabir Əbdürrəhman Xəlil oğlu ilə görüşərkən bir dəfə belə onun ölkəni düşdüyü tələdən çıxarmaq istəyinin səmimiyyətinə şübhə duymadım.
Bu gün - milli elitamızın ən parlaq, ən əsası - ən vicdanlı nümayəndələrindən birinin yubiley günündə onun haqqındakı fikrim dəyişməz olaraq qalır və sizə onun "Parterin ilk sıralarında" adlı avtobioqrafiya kitabını oxumağı məsləhət görürəm.
Əminəm ki, onu yaxından tanımaq imkanı olan bir çox insan mənim təbrikimə qoşulacaq.
Əziz Rəhman Xəlil oğlu, ümid edirəm ki, karantin-özünütəcrid blokadasını aşdıqdan sonra keçmişdə dəfələrlə olduğu kimi, yenə də şərab qədəhlərimizi toqquşduracağıq və Sizə illərdir davam edən dərin hörmətimin dəyişmədiyini deyə biləcəyəm.
Özünüzü qoruyun!
Rüstəm İbrahimbəyov
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz