Səhiyyə naziri haradadır?
Azərbaycanda səhiyyə naziri varmı? Harada olduğunu kimsə açıqlaya bilərmi?
Koronavirus böhranı dövründə bu şəxs bir dəfə də olsun televiziyada görünmədi, əhaliyə müraciət etmədi!
Hətta Operativ qərargahın iclaslarında belə cəmi bir dəfə görmək oldu və heç nə demədi! Bəlkə virusa yoluxub və özünü təcrid etmək qərarına gəlib?
Vətəndaşlar daha nə qədər mülahizə yürütməyə davam edəcəklər və niyə ölkə rəhbərliyi açıqlama vermir? Yoxsa səhiyyə nazirinin funksiyası da baş nazir Əli Əsədova həvalə olunub?
Bu günlərdə hakimiyyət hər şeydən danışır və şərh edir, əsas bir şeydən başqa - səhiyyə sahəsində hansı işlər görülür. DİN və prokurorluq saxta məlumatlar yayımlamamağı və yalnız rəsmi məlumatlardan istifadə etməyi tələb edir. Bəs vətəndaşlar neyləsin? Axı Səhiyyə Nazirliyi indiyədək bir dəfə də olsun bəyanat verməyib. Başqa yerdə belə bir şey mümkündürmü?
-
- Söz istəyirəm
- 23 Mart 2020 11:40
-
- Siyasət
- 23 Mart 2020 12:20
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz