Qəza ilə bağlı istintaq işi yubadılır
Bakı/31.07.17/Turan: Elə mövzular, problemlər var ki, onlara dönə-dönə qayıdırsan. Çünki problem həll olunmur və bəzən bu problemlər birbaşa insan hayatına aid olur.
Turan iyunun 28-də Saatlı rayonunun Dəllər kəndində baş vermiş yol qəzası haqda yazıb. Qəza nəticəsində taksi sürücüsü İlkin Mirzəağazadə komaya düşüb və həkimlərin səylərinə baxmayaraq, indiyə qədər özünə gəlməyib.
Bizi bu mövzuya qayıtmağa bu hadisədəki bir məqam vadar etdi. Zərərçəkən Lazım Umudovun atası yenidən redaksiyaya müraciət edərək bildirdi ki, qəzadan bir ay keçməsinə baxmayaraq, qəza faktı və onun oğlu ilə maraqlanan yoxdur, istintaq işi yubadılır.
Məsələ bundadır ki, L.Umudovun sözlərinə görə, saatda 150 km./s sürətlə hərəkət edən və qəzada günahkar olan sürücü indiyədək məsuliyyətə cəlb edilməyib. Komada olan xəstənin müalicəsinə çox pul lazımdır, lazım olan dərmanlar pulsuz dərmanlar siyahısında yoxdur və aztəminatlı ailənin vəziyyəti yaxşı deyil.
Ancaq qəzanı törədən tərəflərdən heç biri öz məsuliyyətini dərk etsə də köməklik göstərmək istəmir.
Zərərçəkənin ailəsi ədalətin öz yerini tapacağı ümidilə bütün instansiyalarda olub. Ancaq nəticəsiz qalıb. Bundan əlavə, heç bir istintaq hərəkəti aparılmır. Ancaq rayon polis şöbəsinin müstəntiqi Xəyal Abbasov zərərçəkənin atasına bir neçə dəfə telefon edib, o da ancaq qəza qurbanının vəziyyətinin nəzərə alınması ilə bağlı. Günahkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı xahişin cavabında deyib ki, "bəlkə sənin oğlun günahkardır".
Bu sualdan şaşıran L.Umudov ancaq "mənim oğlum sərnişindir, o, qəzada necə günahkar ola bilər" sözlərini deyə bilib. Məhz bu sual ona düşünmək üçün əsas verib ki, hansısa səbəblərdən istintaq işi ört-basdır etməyə çalışır. Bundan sonra L.Umudov DİN-in "qaynar xətt"inə üç dəfə telefon edərək istintaqın fəaliyyəsizliyindən şikayətlənib. Ancaq bu da nəticə verməyib. Əlacsız qalan ata daxili işlər naziri Ramil Usubova müraciət edib. Ancaq hələlik bir irəliləyiş yoxdur.
Turan-ın müxbirləri dəfələrlə müstəntiqlə əlaqə yaratmağa cəhd ediblər, ancaq nəticə verməyib: ya telefon zənglərinə cavab vermir, ya da mobil telefonu söndürülmüş vəziyyətdə olur. Ümid edirik ki, bu yazını oxuduqdan sonra o, mətbuatın suallarını cavablandıracaq. -0-
-
- Maliyyə
- 31 İyul 2017 11:18
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz