![Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin onlara olan borcunu tələb edirlər](https://turan.az/resized/media/2018/main/012900007220-750-500-resize.webp)
Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin onlara olan borcunu tələb edirlər
Bakı/29.01.18/Turan: 2016-2017-ci illərdə Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar bu gün Prezident Administrasiyasına gedərək onlara olan borcun ödənilməsini tələb edib. Bu dəfə də onlara ümid veriblər ki, borclar ödəniləcək.
Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının onlara olan borcları ödəməsini tələb edirlər. Bu tələb Prezident Administrasiyasının nümayəndələri ilə görüşdə səslənib. Yanvarın 31-də prezidentin köməkçilərindən biri sahibkarları qəbul edəcək. Ancaq sahibkarlar deyirlər ki, daha bu vədlərə inanmırlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də İcra Hakimiyyətinin digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşımır. "Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib", - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib.
Sahibkarlar bildiriblər ki, Sumqayıtda dənizkənarı bulvarın tikintisi layihəsinə görə onlara 12 mln. manat verilməlidir. Tikinti işləri başa çatdıqdan sonra bulvarın idarə edilməsi məqsədilə "Sumqayıt Bulvarı" məhdud məsuliyyətli cəmiyyət yaradılıb.08D--
-
- İqtisadiyyat
- 29 Yanvar 2018 13:37
-
- Siyasət
- 29 Yanvar 2018 14:03
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz