Mehman Əliyev Rövnəq Abdullayevə müraciət edib
Hörmətli, cənab Abdllayev
Konstitusiyanın 50-ci maddəsi və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq aşağıdakı məsələlərlə bağlı məlumat verilməsini xahiş edirəm:
7 may 2018-ci ildə Sizə Buzovna qəsəbəsində əhalinin qazla təminatı ilə bağlı vəziyyətdən bəhs edən məktub göndərmişdim.
Məktubda istehlakçıların "Qaz təchizatı haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlar və Nazirlər Kabinetinin "Qazdan istifadə qaydaları" ilə qorunan hüquqlarının kütləvi şəkildə pozulması qeyd edilir.
Həmçinin bildirmişdik ki, "Azəriqaz"ın "185" nömrəsinə edilən müntəzəm zənglər heç bir nəticə vermir. Yəni bu günə kimi 7 ml/bar təzyiqi ilə qaz verilməsi bərpa edilməyib.
Bundan əlavə, mayın 7-də saat 09:00-dan 18:00-dək Buzovna kəndində qaz kəsilib. Bu vəziyyət keçən həftə də qeydə alınıb. Əvvəllər bu cür hallar müntəzəm xarakter daşıyırdı və bu barədə Sizə dəfələrlə məlumat vermişəm. Bununla bağlı Sizdən vəziyyətdə düzələcəyi barədə rəsmi təminat da aldım.
Yaranan vəziyyətlə bağlı sualları cavablandırmanızı xahiş edirəm:
1.Niyə SOCAR istehlakçılara qaz verilməsi ilə bağlı qanunvericiliyə və normativlərə riayət etmir (söhbət standartlara uyğun olmayan təzyiqdən və fasiləsiz təminat haqda qanunun müddəalarının pozulmasından gedir)?
2.Qazın təzyiqinin təyin edilən normativdən aşağı salınması və həftənin müəyyən vaxtlarında və saatlarında qazın kəsilməsi barədə göstərişi hansı vəzifəli şəxs verib?
3.Qazpaylayıcı şəbəkədə təzyiqin aşağı salınması, mütəmadi olaraq müəyyən saatlarda qazın kəsilməsi barədə Sizə məlumat verilibmi?
4.İstehlakçıların "185" xidmətinə müraciətinə vəzifəli şəxslər necə reaksiya verməlidir?
5."Qaz təchizatı haqqında" qanunun tələblərinə uyğun olaraq qaldırılan məsələlərə etinasızlıq və ya problemlərin həll edilməməsinə görə məsul şəxslərə qarşı hansı tədbirlər görülür?
6.Qanunvericiliyə və normativ tələblərə uyğun olaraq Buzovna qəsəbəsinə qaz verilməsini bərpa etmək üçün hansı müddətdə hansı tədbirləri görməyə hazırlaşırsınız?
7.İstehlak şəbəkəsində qazın təzyiqi necə olmalıdır, qaz hansı dövriliklə verilməlidir (daimi, müəyyən saatlarda və başqa necə)?
Hörmətilə, Mehman Əliyev, Turan İA direktoru
-
- İqtisadiyyat
- 11 May 2018 15:10
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz