Photo: TURAN.az
Turan İnformasiya Agentliyi �Formula-1� tərəfindən diskriminasiyanı pisləyir
Баку/23.04.19/Turan: "Formula-1" 2019 Azərbaycan Qran-prisinin keçirilməsilə bağlı təşkilati məsələlərə məsul olan Baku City Circuit Əməliyyat Şirkəti yarışların işıqlandırılması üçün Turan İnformasiya Agentliyinin akkreditə etməkdən imtina edib. Heç bir şeylə əsaslandırılmayan imtina aprelin 22-də şifahi formada edilib. Halbuki, agentlik hələ 2019-cu ilin yanvarında yazılı müraciət etmişdi.
Agentlik bu aktı açıq ayrı-seçkilik, agentliyin peşə fəaliyyətinin qəsdən məhdudlaşdırılması və Azərbaycanda söz azadlığının məhdudlaşdırılması ilə bağlı dövlət siyasətinin davam etməsi kimi qiymətləndirir.
Bundan öncə Turan İA Baku City Circuit Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəisi Nigar Arpadaraiyə informasiya sorğusu göndərib və qanunvericiliklə müəyyən edilmiş formada yazılı açıqlamaya nail olmağa çalışacaq. İnformasiya sorğusunda deyilir:
Hörmətli Nigar xanım,
Turan İnformasiya Agentliyinin müxbiri Formula-1 Azərbaycan Qran-prisinin işıqlandırılması üçün Baku City Circuit əməliyyat şirkətinin (Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH)) vasitəsilə onlayn-qeydiyyatdan bu ilin yanvar ayında keçib. Yarışma 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Lakin aprelin 22-də şifahi formada akkreditədən imtina edilib.
Bizim agentlik 2017-2018-ci illərdə Bakıda keçirilmiş Formula-1-i işıqlandırmaq üçün akkreditə almışdı. Yarışlar zamanı bizim işin nəticələrilə bağlı agentliyin ünvanına hər hansı irad olmayıb.
Yaranmış qeyri-sağlam vəziyyətlə əlaqədar "KİV haqqında" və "İnformasiya azadlığı haqqında" qanunların müəyyən etdiyi əsaslarla və müddətdə aşağıdakı sualları yazılı formada cavablandırmağı xahiş edirik:
1. Akkreditədən imtina barədə qərarı kim qəbul edib?
2. Akkreditədən imtina barədə qərar nə ilə əsaslandırılıb?
3. Hansı dövlət strukturları akkreditədən imtina barədə qərarın qəbuluna çalışıblar?
4. Hansı KİV-lər (adbaad) akkreditə alıb?
5. Hansı KİV-lərə (adbaad) akkreditədən imtina edilib?--0--
-
- Siyasət
- 23 Aprel 2019 18:08
Söz istəyirəm
-
Bu gün 2014-cü ilin fevralında başlayan rusiya təcavüzünün Ukraynaya qarşı genişmiqyaslı müharibəyə çevrilməsindən 1000 gün ötür. Min gün davam edən ağrı, itki, göz yaşı...
-
Dörd il əvvəl 7 minə yaxın insanın həlak olduğu İkinci Qarabağ müharibəsi başa çatdı. Daha sonra ermənilər Azərbaycanın "antiterror əməliyyatları" adlandırdığı döyüşlər nəticəsində Qarabağı tərk etdilər.
-
Ukraynada Rusiya təcavüzünün səbəb olduğu vəhşi, qanlı müharibə davam edir, bu müharibə hər gün insan həyatına son qoyur, evləri, infrastrukturu dağıdır, ekologiyaya və ətraf təbii mühitdə saysız-hesabsız itkilərə səbəb olur. Ukrayna bu dünyada hər kəsdən çox sülhə can atır, çünki bu Rusiya-Ukrayna müharibəsinin vəhşiliyini hər gün hiss edən bizik. Biz yaşamaq hüququ, azadlıq və ədalət uğrunda mübarizənin önündəyik. Ukrayna Avropanın və dünyanın sabit gələcəyi üçün etibarlı əsasa çevriləcək ədalətli sülh axtarır və buna yeganə alternativ yol Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasıdır (Ukrayna Sülh Formulası).
-
Sıra nömrəsindən asılı olmayaraq, ümumdünya COP tədbiri yalnız iqlim dəyişikliyinə deyil, həm də humanizmə xidmət edən bir aksiyadır. COP keçirən ölkədə siyasi məhbus ola bilməz, COP keçirən ölkə insan haqlarına hörmət etməlidir.
Rəy yaz