![Turan Agentliyi Azərbaycan hakimiyyətinin yol verdiyi ayrı-seçkiliyə etiraz edir](https://turan.az/resized/media/2019/main/052000019090-750-500-resize.webp)
Turan Agentliyi Azərbaycan hakimiyyətinin yol verdiyi ayrı-seçkiliyə etiraz edir
Bakı/23.04.19/Turan: Mayın 29-da Avropa Liqasının "Arsenal" və "Çelsi" klubları arasında final maçını işıqlandırmaq üçün UEFA-dan akkreditasiya alan Turan İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova Azərbaycan hakimiyyəti qadağa tətbiq edib.
UEFA mayın 15-də rəsmi bildiriş göndərərək, Kərimova akkreditasiya verib. Amma mayın 18-də isə onlar səbəbini izah etmədən, Kərimova imtina cavabı göndəriblər. Elə həmin gün Kərimov UEFA-ya imtina cavabının səbəbini izah etmək xahişi ilə sorğu göndərib. UEFA cavab vermişdi ki, hüquq-mühafizə və yerli hakimiyyət orqanları Kərimova akkreditasiya etməsindən imtina ediblər.
2019-cu ilin aprelində "Formula-1" Azərbaycan Qran-pri keçirildiyi zaman da, demək olar ki, belə bir vəziyyət olub. Baku City Circuit əməliyyat şirkəti Turan Agentliyini bu yarışlarda akkreditasiya etməkdən imtina edib, baxmayaraq ki, "Formula-1"dən akkreditasiya var idi.
Baku City Circuit-in marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai Turan-ın imtinanın səbəbləri haqqında sorğusunu cavabsız qoyub.
Əməliyyat şirkətinin əməkdaşları şəxsi söhbətlərdə qadağanın hüquq-mühafizə orqanları tərəfindən qoyulduğunu bildirirdilər.
Təşkilatçısı beynəlxalq təşkilatlar, həmçinin səfirliklər olsa belə, ölkə hakimiyyəti əksər rəsmi tədbirlərin işıqlandırılmasında Turan-a qadağa qoyub.
Formula-1-də olduğu kimi, "Arsenal" - "Çelsi" maçında da akkreditasiyadan imtinanı açıq-aşkar ayrı-seçkilik və Agentliyin peşə fəaliyyətinin qəsdən məhdudlaşdırılması, Azərbaycanda söz azadlığının məhdudlaşdırılması üzrə dövlət siyasətinin davamı kimi qiymətləndiririk.
Agentlik Azərbaycan prezidentini bu ayrı-seçkiliyə və Agentliyə qarşı uzun illərdir həyata keçirilən təzyiq siyasətinə son qoyulması üçün tədbirlər görməyə çağırır. Bu təzyiqlərin ən yüksək nöqtəsi 2017-ci ilin avqustunda Agentliyə qarşı açılmış saxta cinayət işi və agentliyin direktorunun həbs edilməsi olub. -0-
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz