Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır
Bakı/25.06.19/Turan: Azərbaycan Konstitusiyasına və ölkənin qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qadın əməyinə qoyulmuş qadağalar ya bütövlükdə aradan qaldırılmalı, ya da minimuma endirilməlidir. Bu sahədə gender bərabərliyi təmin edilməlidir.
İyunun 25-də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun "Qadınlar üçün qadağan olunmuş sahələr: qadağaların aradan qaldırılmasının vaxtı deyilmi?" mövzusunda təşkil etdiyi konfransında çıxışların əsas mövzusu belə olub.
Forumda ABŞ səfiri Li Litzenberger, USAİD-in Azərbaycandakı missiyasının direktoru Sihgh Jaidev, Milli Məclisin deputatı Vahid Əhmədov, hökumət qurumlarının, QHT-lərin təmsilçiləri iştirak ediblər.
"Azərbaycanda 38 sahədə 678 peşə və iş yeri üzrə qadın əməyinin tətbiqi qadağan edilir. Qadağalar əsasən qadınların sağlamlığına, xüsusilə reproduktiv sağlamlığına ziyan vurması, peşələrin və iş yerlərinin təhlükəli, ağır olması, böyük güc tələb etməsi ilə bağlıdır", - Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov bildirib.
Ekspert hesab edir ki, qadınlar üçün qadağan edilən peşələrin və iş yerlərinin üçdə biri on illər əvvəl də zəruri olmayıb.
"Məsələn, çörəkbişirmə, qənnadı, makaron istehsalı, konserv istehsalı, balıq emalı, ət məhsullarının istehsalı və emalı, nəqliyyat və rabitənin bir sıra sahələri, dəri, yun, keçə, toxuma məhsulları istehsalı, musiqi alətəri istehsalı üzrə bir çox sahələr üzrə qadınların fəaliyyətinə qadağa qoyulması məntiqi deyil".
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib ki, dünyanın hər yerində spesifik işlərdə qadınların işləməsinə qoyulan qadağalar aradan qaldırılıb.
"Qadağaların aradan qaldırılması iqtisadiyyatın inkişafına, əhali arasında qadınların potensialının artmasına təkan verib. Azərbaycan öz əhalisinin 50 faizindən çoxunu təşkil edən qadınların potensialından tam şəkildə faydalanmağa layiqdir", - o qeyd edib.
L. Litzenberger Azərbaycanda qadınların peşə və iş yeri üzrə əməyinin tətbiqinə qadağaların aradan qalıdırılmasına tərəfdardır.
"ABŞ hökuməti Azərbaycanda qadınlarla bağlı bir çox layihələri dəstəkləyib. ABŞ hökuməti ölkədə qadınlarla bağlı siyasəti dəstəkləyir", - səfir qeyd edib.
Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr qərarı ilə "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı"nı təsdiq edib.
Konfransda iştirak edən ekspertlər hesab edirlər ki, Nazirlər Kabinetinin qərarı Azərbaycan Konstitusiyasının 25-ci maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, konstitusiyada hamının qanun və məhkəmə qarşısında bərabərliyi, qadın və kişilərin eyni hüquq və azadlıqlarının olduğu təsbit olunub.
Konstitusiyanın 35-ci maddəsində isə qeyd olunur ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var.
Ekspertlər həmçinin hesab edirlər ki, Nazirlər Kabinetinin qərarı Azərbaycanın beynəlxalq öhdəliklərinə də ziddir. BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası"nda da məşğuliyyət sahəsində qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi tövsiyə olunur.
Xatırladaq ki, hazırda dünyada 104 ölkənin qanunvericiliyində qadın əməyinin qadağan edildiyi peşə və iş yerləri var. Bu sıraya iqtisadi cəhətdən inkişaf etmiş ölkələr daxil deyil. Qadağalar MDB məkanında Rusiyada 456, Ukraynada 450, Qazaxıstanda 299, Belarusda 181, Moldovada 29 peşə sahəsini əhatə edir. Bununla yanaşı Avropada Fransa, Çexiya, Sloveniyanın qanunvericiliyində də bu norma mövcuddur. -03B-
-
- İqtisadiyyat
- 25 İyun 2019 14:54
-
- Partiya sistemi
- 25 İyun 2019 15:01
Cəmiyyət
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
-
Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
-
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştirak etdi 13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşdı. İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq oldu. Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynadı.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:31
- 457
Rəy yaz