İmtiyazlı mənzillərdə bahalı sayğaclar
Bakı/20.08.19/Turan: Avqustun 19-da "MİDA" MMC Hövsan yaşayış massivində inşa edilən mənzillərə qaz, su və elektrik sayğaclarının alınması və quraşdırılmasına dair 3 müqavilə bağlayıb.
Dövlət satınalmaları reyestrində açıqlanan məlumatlarin təhlili göstərir ki, işlərin dəyəri o qədər də ucuz deyil.
Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC açıq tenderin nəticələrinə əsasə müqavilələri üç şirkətə verib. "Qaz Oil Building" MMC qaz sayğaclarının, "RF İnşaat" MMC su sayğaclarının, "Bakelektro" ASC isə elektrik sayğaclarının quraşdırılması ilə məşğul olacaq. Bu müqavilələrin ümumi dəyəri 2 936 224 manat yaxud 1 mln. 727,2 min dollardır.
Hövsan qəsəbəsində şəhərcik 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Onlardan yeddisi on səkkiz girişli yeddi mərtəbəli, dördü isə bir girişli on mərtəbəli binadır. Bütün bu binalarda imtiyazlı təbəqəyə aid şəxslərə satılacaq 2962 mənzil var. Beləliklə, bir elektrik sayğacın alınması və quraşdırılması 407,02 manata ($239,4), qaz sayğacının -323,41 manata, ($190,2), su sayğacının - 260,85 manata ($153,4) başa gələcək. 08B
İqtisadiyyat
-
Azərbaycan Dövlət Statistika Komitəsi bildirib ki, 2024-cü ildə əsas kapitala qoyulan investisiyalar 21 435,1 milyon manata çatıb ki, bu da 2024-ci illə müqayisədə 0,7% azdır. Ümumi göstəricilər bir qədər aşağı səviyyədə olsa da, sektorlararası bölgü neft və qaz sahəsi ilə qeyri-neft sənayesi arasında əhəmiyyətli fərqlilikləri ortaya qoyur.
-
Azərbaycanın sənaye müəssisələri və fərdi sahibkarları 2024-cü ildə sənaye istehsalında ötən illə müqayisədə 1,1%-lik mülayim artım qeyd edərək, istehsalın ümumi dəyərini 64,1 milyard manata çatdırdı. Dövlət Statistika Komitəsi ümumi artımı neft və qaz sektorunun 0,5%-lik genişlənməsinə, qeyri-neft və qaz sənayelərinin isə 7,3%-lik sürətli artımına borcludur.
-
Qlobal dizel yanacaq qiymətləri və emal marjaları, ABŞ-ın Rusiya neft ticarətinə qarşı tətbiq etdiyi ən son sanksiyaların ardından kəskin artıb. Bu addım, təklifin azalacağı gözləntiləri ilə bazarlarda dalğalanmalara səbəb olub, analitiklər və LSEG məlumatları bunu təsdiq edir.
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qəbul edərək, Cənubi Qafqazın iki qonşu ölkəsi arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirməyə yönəlmiş yüksək səviyyəli danışıqlar aparıb.
Rəy yaz