Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Qasımov mühacirətdə vəfat edib
Bakı/29.01.20/Turan: Azərbaycanın keçmiş XİN rəhbəri, İsveçrənin Lutsern şəhərində siyasi mühacirətdə olan Tofiq Qasımov 82 yaşında vəfat edib. Bu barədə məlumatı T.Qasımovun yaxın dostu, Müsavat Partiyasının fəalı Mirbaba Babayev yayıb.
“Tofiq Qasımov Azərbaycanın görkəmli siyasi xadimlərindən və 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində milli demokratik hərəkatın liderlərindən biri olub. Ən çətin dövrlərdə Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
İxtisasca fizik-alim olan T.Qasımov siyasi mübarizəyə qoşulub və Müsavat Partiyasını bərpa edənlərdən biri olub. Onun vəfatı Müsavat Partiyası, demokartik düşərgə, eləcə də Azərbayan xalqı üçün böyük itkidir”, - Müsavat Partiyasının sədri Arif Hacılı bildirib.
Onun sözlərinə görə, yaxın saatlarda dəfnin vaxtı və yeri məlum olacaq.
Tofiq Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. 1989-cu ildə Xalq Cəbhəsinin yaradıcılarından biri olub, təşkilatın İdarə Heyətinin üzvü olub. 1992-93-cü illərdə T.Qasımov Xalq Cəbhəsi hökumətində Xarici İşlər Nazirliyinin rəhbəri postunu tutub.
1995-ci ilin sentyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin işi üzrə dövlət çevrilişinə cəhdə çağırış ittihamı ilə həbs olunub. 1996-cı il fevralın 22-də beynəlxalq təzyiq altında azadlığa buraxılıb. Sonradan Azərbaycanı tərk edib və İsveçrədə siyasi sığınacaq alıb.–06D-
Siyasət
-
Bakıdakı Rus Evi ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
Rəy yaz