“Azercell Telekom” Əli Kərimlinin mobil telefonunun və İnternetinin bloklanması barədə
Bakı/24.04.20/Turan: Provayder "Azercell Telekom" bildirir ki, AXCP sədri Əli Kərimlinin mobil telefonunun və İnternetinin bloklanmasına bağlılığı yoxdur.
“"Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur”, - "Azercell Telekom" MMC-nin mətbuat xidməti şirkətin abunəçisi Əli Kərimlinin mobil mobil telefonunun və İnternetinin kəsilməsinin səbəbləri ilə bağlı Turan-ın sorğusuna cavabında deyilir.
Qeyd olunur ki, şirkət müştəri məlumatlarının məxfiliyinə xüsusi diqqət yetirir və hər hansı abunəçinin istifadəsində olan nömrə ilə bağlı istənilən məlumat, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə təqdim oluna bilməz. Əgər abunəçinin borcu yoxdursa və ya limiti keçməyibsə və ya abunəçi özü bunu xahiş etməyibsə “Azercell Telekom” nömrənin bağlanması, xidmət göstərilməsinə məhdudiyyət qoyulması, o cümlədən İnternet xidmətinin məhdudlaşdırılmasını tətbiq etmir.
“Nəzərə almaq lazımdır ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar elan olunan karantin günlərində mobil İnternet trafikinin yüklənməsi xeyli artıb. Bu da mobil telefon nömrəsinin istifadə edildiyi ərazidən, istifadə olunan cihazın müxtəlif texnologiyaları dəstəkləməsindən, konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından və digər texniki nüanslardan asılı olaraq, məlumat mübadiləsində gecikmələrə və keyfiyyət göstəricilərində dəyişikliklərə səbəb ola bilər.
WhatsApp və Telegram və sosial şəbəkələrə gəlincə, bu proqramların və onlardakı istifadəçi hesablarının idarə edilməsinin “Azercell Telekom” MMC-yə heç bir aidiyyatı yoxdur. Qeyd olunan sistemlərə nəzarət və onların işinin həm ümumi olaraq, həm də ayrı-ayrı istifadəçilər üçün tənzimlənməsi mobil operatorların texniki imkanları və səlahiyyətləri xaricindədir.
Proqramlardan və sosial şəbəkələrdən istifadə ilə bağlı təhlükəsizlik tədbirləri müvafiq istifadə qaydalarına və şərtlərinə, habelə proqramın və proqram istifadə edilən mobil cihazın sazlama şərtlərinə uyğun olaraq "Azercell Telekom" tərəfindən deyil, müvafiq proqramın inzibatçıları və istifadəçiləri tərəfindən təmin edilir.
Beləliklə, provayder abunəçilərindən birinin bloklanmasının səbəbini bilmir və bunu araşdırmaqda maraqlı deyil. Xatırladaq ki, artıq 10 gündür ki, Əli Kərimlinin mənzilində rabitə əlaqəsi kəsilib.–06D-
-
- İqtisadiyyat
- 24 Aprel 2020 12:52
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz