Son yenilənmə

(10 d. əvvəl)
Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/07.10.22/Turan: Praqada Fransa, Avropa Şurası prezidentləri, Azərbaycan və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən görüşün ikinci raundunun yekunları üzrə Ermənistanla Azərbaycan arasında sərhədlərin qarşılıqlı tanınması barədə razılıq əldə olunub.

Praktikada bu, 90-cı illərin əvvəllərində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini və Qazax rayonunun 7 kəndini geri qaytarması anlamına gəlməlidir.

Öz növbəsində Azərbaycan 2022-ci ilin mayına qədər Silahlı Qüvvələrin tutduğu xəttə geri çəkilməlidir.

Amma ən əsası bu, Ermənistanın Qarabağın Azərbaycana məxsusluğunu tanıması deməkdir.

Praqa bəyanatında da Qarabağın hər hansı statusundan söz getmir.

Bəyanatda Azərbaycanın üç  və bir erməni anklavının taleyilə bağlı heç nə deyilmir. Göründüyü kimi, tərəflər onların taleyini ərazilərin mübadiləsi yolu ilə həll edəcəklər və bu məsələlər oktyabrın sonunda sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın iclasının diqqət mərkəzində olacaq.

Görüşün birinci raundunda oktyabrın 6-da axşam saatlarında baş tutan təkrar görüşdə təsdiqlədikləri bəyanat layihəsi  Əliyev və Paşinyana təqdim edilib. İkinci raundda hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər. 02B

*   *   *

2022 Oktyab 07 (Cümə) 09:17:10

Azərbaycan və Ermənistan SSRİ-nin dağılması zamanına  olan  sərhədlərin qarşılıqlı tanınması haqqında razılığa gəliblər

Bakı/07.10.22/Turan: Azərbaycan və Ermənistan SSRİ-nin dağılması zamanına olan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.

Bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

“Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.

Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”-deyə, bəyanatda qeyd olunub.

Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirdi və MDB-nin yaradılmasını elan etdi. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz verdilər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.--06В-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti