Nikol Pashinyan
Paşinyan sülh istəyir, amma şərt qoşur
Bakı/26.10.22/Turan: Oktyabrın 31-də Soçi görüşündə Dağlıq Qarabağda sülhün və sabitliyin təmin edilməsindən başlayaraq, bir çox məsələlər müzakirə olunacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 26-da ölkə parlamentində çıxışında bildirib.
Onun sözlərindən aydın olub ki, o, "Azərbaycanın Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olmasına və buna reaksiya verilməməsinə" qəzəblənib.
Paşinyan həmçinin Rusiyadan müxtəlif səviyyələrdə Ermənistandan keçən nəqliyyat dəhlizinin açılması zərurəti haqqında bəyanatlar səslənməsindən narazılığını bildirib.
O, həmçinin "Azərbaycanın 13 sentyabr tarixli təcavüzünə" Rusiyanın reaksiyasının olmamasına qəzəblənib.
Bununla belə, o əlavə edib ki, səmimiyyətlə sülh müqaviləsinin ilin sonuna qədər imzalanmasını istəyir. "Bu nə dərəcədə realdır? Mən və hökumətimiz bunun real olması üçün əlimizdən gələni edəcəyik. Amma bəzi məqamlar var. Saziş imzalanmazdan əvvəl sərhədlərin delimitasiyasının həyata keçirilməsi vacibdir. Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyi barədə razılığa gəldiyimizi nəzərə alsaq, bu, realdır, çünki bu sərhədlər məlumdur.
Bundan başqa, Azərbaycan və Dağlıq Qarabağ arasında beynəlxalq danışıqlar aparılmalıdır. Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi mexanizmi olmalıdır", deyə o qeyd edib. 02D
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz