Prezident İlham Əliyev.
İlham Əliyev İrandakı azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxıb
Bakı/11.11.22/Turan: Türk dövlətləri öz hüdudlarından kənarda, dünyanın başqa ölkələrində yaşayan soydaşlarının hüquqları məsələlərinə biganə qalmamalıdır.
Bu çağırışı Azərbaycan prezidenti İlham Əliyev bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının iştirakçısı olan ölkə başçılarının sammitində çıxışında bildirib.
"Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır", deyə Əliyev bildirib.
Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. "Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur", Əliyev Cənubi Azərbaycanda (İran) yaşayan etnik azərbaycanlıları nəzərdə tutaraq belə deyib.
"Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır", deyə o, sözünə davam edib.
Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. "Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik", deyə o qeyd edib.
Əliyev öz çıxışında 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsi ilə aradan qaldırılan 30 illik erməni təcavüzünün nəticələrinə diqqət çəkib. Amma Ermənistan müharibədən sonra da sərhəddə təxribatı davam etdirir.
"Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu", deyə Əliyev qeyd edib.
O, Ermənistanın Azərbaycana qarşı "hərbi təcavüz" ittihamlarının əsassız olduğunu bildirib. "Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq", deyə Əliyev qeyd edib.
O, Qarabağ münaqişəsinin tarixdə qaldığını vurğulayıb.
"Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı.
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq", deyə Əliyev bildirib. 06B
-
- Maliyyə
- 11 Noyabr 2022 11:06
Siyasət
-
Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
-
NATO "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
Rəy yaz