Prokurorluq Əvəz Zeynalının pul tələb etməsi haqqında məlumatları yoxlayacaq
Bakı/08.09.22/Turan: Prokurorluq kriminal xarakterli bütün məlumatları yoxlayır. Bu barədə Turan Agentliyinə Baş Prokurorluğun mətbuat xidmətindən "Xural" saytının redaktoru Əvəz Zeynallının biznesmen Rasim Məmmədovun ailəsindən 20 min manat tələb etməsi haqqında məlumatları şərh edərkən bildiriblər.
Qeyd edək ki, dünən haqqin.az saytı Əvəz Zeynallının bir şəxslə telefon danışığının audioyazısını yayımlayıb. Söhbət zamanı Zeynallı "aldığını qaytarmağa" hazır olduğunu bildirir və Rasim Məmmədovun ünvanına tənqidlərə görə özünə bəraət qazandırır.
Haqqin.az-ın iddiasına görə, Əvəz Zeynallı Rasim Məmmədovun ünvanına tənqidə son qoymaq üçün onun ailəsindən 20 min manat alıb. Ailə Zeynallının razılaşmanı pozmasından narazılığını bildirdikdən sonra o, pulu geri qaytarıb. Yayılan telefon söhbətində məhz bundan bəhs edilir.
Amma söhbəti kimini lentə aldığı və onun mətbuata necə düşdüyü aydın deyil. Lentə alınmış söhbətdə Zeynallının həmsöhbətinin səsi də eşidilmir. Haqqin.az-ın iddiasına görə, bu, biznesmenin ailəsinin vəkili idi.
Zeynallının özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Lakin o, “Xural TV” Youtube kanalında bu ittihamları rədd edərək, onları “sifariş” adlandırıb. Ad çəkmədən bu sifarişi kimin verdiyini bildiyini deyib. Eyni zamanda, o, pulun alınması, və yaxud Rasim Məmmədovun ailəsinə qaytarılması məsələsinə aydınlıq gətirməyib.
* Rasim Məmmədov Baku Steel Company zavodunun keçmiş sahibidir. 2021-ci ilin fevralında o, sui-istifadə, dələduzluq və külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. Ona qarşı iddia biznes tərəfdaşları tərəfindən qaldırılıb.
** Əvəz Zeynallı 2011-ci ildə həbs edilib və 2013-cü ilin martında pul tələb etmə ittihamı ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2014-cü ilin dekabrında o, əvf olunub. 02B
-
- İqtisadiyyat
- 8 Sentyabr 2022 12:49
-
- Maliyyə
- 8 Sentyabr 2022 13:04
Cəmiyyət
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Rəy yaz