Пашинян и Хачатурян
Ermənistan prezidenti zəlzələ ilə bağlı hökumətin Türkiyəyə yardım göstərmək qərarını dəstəkləyib
Bakı/11.02.23/Turan: Ermənistan prezidenti Vaaqn Xaçaturyan Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı hökumətin yanaşmasına görə baş nazir Nikol Paşinyana minnətdarlığını bildirib, deyə “Armenpress” məlumat verir.
“Mən həm başsağlığını, həm də qonşu Türkiyəyə kömək etməyə hazır olmağı nəzərdə tuturam. Həmçinin dost Suriyaya münasibətə görə. Əslində, bu, hər iki ölkədə, xüsusən də Suriyada təqdir edilib. Düşünürəm ki, başqa cür edə bilməzdik, çünki Spitak zəlzələsinin (1988) yaraları hələ də yaddaşımızda təzədir, üstəlik, qonşu ölkədə faciə baş vermişdi, başqa cür edə bilməzdik. Bu qərarlara görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.
Baş nazir Paşinyan çıxışında qeyd edib ki, “dəhşətli fəlakət baş verib və bütün bunlara biganə qalmaq mümkün deyil. Xüsusən də Yeni il müraciətimdə qeyd etdiyim kontekstdə ki, dövlətimizin əbədiliyini təmin etmək istəyiriksə, bir çox sahələrdə əlaqələrimizin keyfiyyətinin dəyişməsinə çalışmalıyıq, amma ilk növbədə regionumuzda, çünki hər şeyə rəğmən, biz buradayıq və ətrafımızdakı ölkələr, qonşu ölkələr də buradadır”.
Paşinyan qeyd edib ki, ilk növbədə, bu münasibətlərin keyfiyyətinin dəyişdirilməsi üzərində işləmək lazımdır. “Əlbəttə, (bunu) başa düşərək, bunun yalnız bizdən asılı olduğunu düşünəcək qədər sadəlövh deyilik. Təbii ki, bu, təkcə bizdən asılı deyil və biz heç bir şəraiti unutmuruq. Problem ondadır ki, biz səylərimizi hansı istiqamətə yönəltmək istəyirik. Bütün bu məsələləri tez-tez müzakirə etməyimiz çox vacibdir. Düşünürəm, çoxları bilir ki, biz təkcə rəsmi yox, qeyri-rəsmi formatda da görüşürük. Orada anlaşma, razılıq var və Respublika Prezidentinin dəstəyi həqiqətən çox vacibdir. Bunun üçün ona təşəkkür edirəm.”—0—
-
- Siyasət
- 12 Fevral 2023 09:06
Dünyada
-
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Əl-Şara Dəməşqdə keçirilən danışıqlardan sonra birgə mətbuat konfransında Suriyada "yeni dövr" elan etdilər. Fidan Suriyanın ən qaranlıq günlərinin geridə qaldığını vurğuladı və inklüzivlik və suriyalıların qətiyyəti üzərində qurulmuş parlaq bir gələcək vəd etdi.
-
Yeni Gallup sorğusu göstərir ki, iki ildən çox davam edən Rusiya-Ukrayna müharibəsinin tezliklə həllini istəyən amerikalıların sayı artmaqdadır. Respondentlərin yarısı münaqişənin tez bir zamanda bitməsini dəstəklədiyini bildirib, hətta bu, Ukraynanın bütün itirilmiş ərazilərini geri qaytarmayacağı anlamına gəlsə belə. Bu rəqəm 2024-cü ilin martı ilə müqayisədə 7 faiz artım deməkdir. Oktyabr 2023-dən bəri tez həllə dəstək 43 faiz səviyyəsində sabit qalmışdı.
-
ABŞ-ın yüksək rütbəli diplomatları cümə günü Dəməşqdə Suriyanın yeni faktiki lideri Əhməd əl-Şaraa ilə görüş keçirdi. Görüş ölkənin siyasi keçidi müzakirə etmək məqsədilə təşkil olunmuş və "yaxşı" və "çox məhsuldar" kimi qiymətləndirilmişdir. ABŞ nümayəndə heyəti, həmçinin, əl-Şaraa-nın başına qoyulmuş 10 milyon dollarlıq mükafatın ləğv edildiyini elan edib.
-
İran qadınlar üçün daha sərt hicab tələbləri ilə bağlı mübahisəli yeni qanunun tətbiqini dayandırıb. Bir çox müşahidəçilərin fikrincə, bu qanun Mahsa Əmininin 2022-ci ildə ölümündən sonra baş verən kütləvi etirazlara bənzər hadisələri təkrarlaya bilərdi, yüksək rütbəli rəsmi bildirib.
Rəy yaz