Blinken Əliyev və Paşinyanla görüşdən sonra deyir ki, sülh prosesi “plan üzrə gedir”
Vaşinqton/19.02.23/Turan: ABŞ dövlət katibi Entoni Blinken Bakı ilə İrəvan arasında sülh sazişi istiqamətində “əhəmiyyətli irəliləyiş” olduğunu qeyd edib, TURANın Vaşinqton müxbiri xəbər verir.
Blinken Münhendə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında ikitərəfli sülh danışıqlarının irəliləyişinə dair birgə görüş keçirib.
“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri də diqqətlərini sülh prosesinə, o cümlədən birbaşa danışıq yolu ilə, eləcə də Aİ və bizimlə cəmləşdiriblər. Blinken açılış nitqində deyib.
ABŞ-ın bu səyləri dəstəkləmək üçün "əlimizdən gələn hər şeyi etmək öhdəliyi" var, istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla, о dedi.
Dövlət katibi "son bir neçə ayda hər iki tərəfin sülh sazişi istiqamətində əldə etdiyi əhəmiyyətli irəliləyişi və Aİ prezidenti Mişelin tərəfləri Brüsseldə qəbul etmək təklifini qeyd edib", - Dövlət Departamentinin hesabatında deyilir.
Görüşdən sonra Blinken "Twitter" səhifəsində "Ermənistan-Azərbaycan sülh prosesinin plana uyğun getdiyini və iki tərəf arasında danışıqların davam etdiyini eşitmək çox xoşdur", qeyd edib.
Müzakirələr zamanı Blinken "Laçın dəhlizi ilə kommersiya və şəxsi tranzitin açıq olması zəruriliyini vurğulayıb", - sözçüsü Ned Prays bildirib.
Blinken "həmçinin tərəfləri digər nəqliyyat marşrutlarını açmağa da çağırıb", - məlumatda deyilir.-0-
-
- Siyasət
- 19 Fevral 2023 09:25
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz