Açiq mənbələrdən foto.
Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmaları - sülhə aparan yol xəritəsidir”
Moskva/19.05.23/Turan: Cənubi Qafqazda vəziyyətin nizamlanması üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına alternativ yoxdur. Bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirlərilə üçtərəfli görüşü açarkən bildirib.
O ümidvar olduğunu bildirib ki, görüş konstruktiv keçəcək, Ararat Mirzoyan və Ceyhun Bayramovun birbaşa dialoqu isə əlavə nəticələr əldə etməyə imkan verəcək.
Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün kompleksinin nəzərdən keçirilməsini və gələcək addımların Rusiyanın imkanlarının nəzərə alınması ilə razılaşdırılmasını təklif edib.
"Liderlərimizin üçtərəfli bəyanatlarında, mahiyyətcə, davamlı həllərə nail olmaq üçün yol xəritəsi var. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etdik, hesab edirik ki, bizim liderlərin razılaşmalarına alternativ yoxdur. Rusiya regionda sülh və sabitlik istəyir, burada Rusiyanın maraqları birbaşa əlaqəlidir. Rusiya Federasiyası vəziyyətin sabitləşməsinə dair qərarların yerinə yetirilməsinə hər cür nail olacaq, bu regionda bu və ya digər şəkildə iştirakda maraqlı olan digər ölkələrin də onlara hörmət edəcəyinə ümid edir",- RİA - Novosti Lavrovdan sitat gətirib.
Lavrov Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinin, humanitar problemlərin həllinin, nəqliyyat kommunikasiyalarının açılmasının və sülh müqaviləsi mətninin razılaşdırılmasının vacibliyini qeyd edib. 02D
-
- Cəmiyyət
- 19 May 2023 15:17
Siyasət
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
-
Özbəkistanın Xarici Vətəndaşların Vizası və Qeydiyyatı İdarəsinin (UVVİOG) və Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin nümayəndələri biometrik ID kartların sərhəd keçidi üçün qarşılıqlı tanınması məsələsini müzakirə etmək məqsədilə onlayn danışıqlar apardılar. Görüşdə hər iki ölkənin Xarici İşlər Nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşları da iştirak etdilər, Dunyo xəbər agentliyi məlumat verib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
Rəy yaz