Açiq mənbələrdən foto.
Litva Rusiyanın sanksiyalardan yayınmasınınn qarşısının alınmasında Bakı ilə əməkdaşlığa ümid edir
Bakı/22.05.23/Turan: Litva prezidenti Gitanas Nauseda Azərbaycanı Rusiyanın beynəlxalq sanksiyalardan yayınmasının qarşısını almaq üçün birgə işləməyə çağırıb.
"Rusiyanın hazırda Ukraynada apardığı qəddar müharibə əməkdaşlığımıza yeni məzmun qatıb. Biz Rusiyanın sanksiyalardan yayınmaması üçün bir yerdə çalışmalı və Ukraynanı qələbəsinə qədər dəstəkləməliyik", bu barədə Litva prezidenti bazar ertəsi Vilnyusda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra jurnalistlərə bildirib.
Nauseda qeyd edib ki, Azərbaycanla münasibətlərdə müsbət dinamika görür, ötən il Aİ və Bakı arasında imzalanmış energetika sahəsində əməkdaşlıq haqqında saziş isə "Avropa İttifaqının qış ayları üçün təchizatını təmin edib".
"Biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanlar axtarmalıyıq", deyə Litva prezidenti qeyd edib. Onun sözlərinə görə, Əliyevin səfəri çərçivəsində ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Əliyev öz növbəsində gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də "siyasi səviyyədə olduğu kimi işlərin sürətlə gedəcəyinə" ümid etdiyini bildirib. "Litvaya Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk", deyə Azərbaycan prezidenti bildirib.
İki ölkə lideri həmçinin regional problemləri və energetika məsələlərini müzakirə edib.
Nauseda ötən ilin mayında Azərbaycanda səfərdə olmuşdu. 16D
-
- İqtisadiyyat
- 22 May 2023 15:46
-
- Böyük Şərq
- 22 May 2023 16:18
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz