Açiq mənbələrdən foto.
Yerevan və Qarabağ arasında qarşıdurma güclənir
Bakı/23.05.23/Turan: Qarabağın Azərbaycanın tərkibində tanınması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını pisləyən və rədd edən Qarabağ "parlamenti"nin gecəki ultimatumundan sonra demək olar ki, separatçıların bütün liderləri Yerevana qarşı çıxıblar.
Belə ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və Qarabağın keçmiş "prezidentləri" Arkadi Qukasyan və Bako Saakyan da Paşinyanın fikirlərini pisləyiblər, onların yerinə yetirilməsinin mümkünlüyünü rədd ediblər.
Separatçıların keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan birgə bəyanatda Ermənistan hakimiyyətinin siyasətini "qəbuledilməz" adlandırıblar.
"Heç kimin bizim gələcəyimizi və uşaqlarımızın gələcəyini həll etməyə mənəvi haqqı yoxdur. Arsax mayın 22-də Ermənistanın baş nazirinin təqdim etdiyi yanaşmaları qəbul etməyib və qəbul etməyəcək. Bundan öncə necə mübarizə aparıbsa, indi də öz vətənində ləyaqətlə yaşamaq hüququ uğrunda bütün mümkün vasitələrlə mübarizə aparacaq", - bəyanatda deyilir.
Bundan əlavə, Qarabağ "parlamentinin rəhbəri" Artur Tovmasyan Paşinyanın mövqeyini pisləyib. O, bütün dünya ermənilərini, eləcə də Ermənistan ictimaiyyətini "Qarabağ ermənilərinin yaşamaq üçün sarsılmaz və qətiyyətli iradəsini" dəstəkləməyə çağırıb.
Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyan da analoji bəyanatla çıxış edib.
Yaxın vaxtlarda separatçıların hazırkı lideri Araik Arutyunyanın oxşar bəyanatlarla çıxış edəcəyi gözlənilir. 02D
-
- İqtisadiyyat
- 23 May 2023 13:47
-
- Cəmiyyət
- 23 May 2023 14:01
Siyasət
-
Noyabrın 15-də bir qrup iqlim fəalı Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Afrika qitəsində ətraf mühitin çirkləndirilməsi, böyük şirkətlərin ekoloji duruma neqativ təsiri, faydalı qazıntılardan əldə edilən gəlirin bir hissəsinin iqlim fəalkətlərinin bərpasına yönəldilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Noyabrın 15-də iqlim fəalları Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iri ekoloji çirkləndiricilərə qarşı aksiya keçiriblər.
-
Azərbaycan prezidenti İlham Əliyev "Fələstin dövlətinin milli bayramı" münasibətilə Fələstin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib. Məktubda deyilir: “Fələstin dövlətinin milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
-
"Qlobal iqlim siyasəti prosesi artıq öz məqsədinə uyğun gəlmir və planetar sabitliyin və bəşəriyyətin layiqli gələcəyini təmin etmək üçün hərtərəfli düzəliş tələb edir". Bu barədə dünya liderlərinin Bakıda COP29-da toplaşdığı vaxtda bir qrup görkəmli alim və siyasətçinin Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərə və Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyasının icraçı katibi Simon Ştilə açıq məktubunda deyilir.
Rəy yaz