president.az
Tezis şəklində 2018-ci il üçün ümumi iqtisadi göstəriçiləri belə görünür:
2018-ci ildə Azərbaycanın iqtisadi artım tempi 1,4%-dir, 2017-ci ildə isə 0,1% olub.
Hökumətin iqtisadiyyatın diversifikasiyası üzrə addımlarına və onun neft- qaz gəlirlərindən asılılığının azaldılması ilə bağlı bəyanatlarına baxmayaraq, qeyri-neft sektorunda ÜDM artımı 1,8% olub, halbuki, 2017-ci ildə bu göstərici 2,7% səviyyəsində olub.
2018-ci ildə Azərbaycanın valyuta ehtiyatları $3 mlrd. artaraq $45 mlrd.-a çatıb və bu, ölkənin əsas ixrac məhsulu neftin dünya qiymətinin yüksək olduğu vaxtda baş verib, 2017-ci ildə isə valyuta ehtiyatları $4,5 mlrd. artıb (ilin yekunu $42 mlrd.), halbuki, neft sektoru azalma nümayiş etdirib.
Ölkənin Mərkəzi Bankının valyuta ehtiyatlarının artımı 2018-ci ildə 5.4% artaraq $5.62 mlrd-a çatıb.
Lakin əsas valyuta ehtiyatları Dövlət Neft Fondunda (ARDNF) toplanıb və əsasən neft, qaz və kondensatın satışından formalaşır.
Qeyd edək ki, 2018-ci ildə AÇG blokundan Azərbaycanın mənfəət nefti və "Şahdəniz" yatağından kondensat satışından ARDNF-in əldə etdiyi gəlir $9 mlrd. 720 mln.təşkil edib.
Hökumət və büdcə qarşısındakı öhdəliklərinə uyğun olaraq, Dövlət Neft Fondu 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. həcmində valyuta satıb (2017-ci illə müqayisədə 79,4% artım).
Həmçinin ARDNF ölkədə bir sıra strateji layihələrin maliyyələşdirilməsində iştirak edib, $1 mlrd.-a təxminən 21 min kq. qızıl alıb.
2019-cu ilin əvvəlində Azərbaycanın xarici dövlət borcu $9,7 mlrd.-a çatıb (il ərzində 3,2% artım), belə ki, ölkənin xarici ödəmələr üzrə öhdəlikləri artıb.
Odur ki, belə görünür ki, 2018-ci ildə neftin dünya qiymətinin yüksək olması Azərbaycana valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağa kömək etməyib.
2019-cu ildə hökumət və beynəlxalq maliyyə institutları "Şahdəniz"dən daha çox qaz və kondensat hasilatına (53%), həmçinin vergi və gömrük islahatlarının effektivliyinə ümid edirlər.
"Ötən 2018-ci il dərin islahatlar dövrü idi, kənd təsərrüfatında artım 4,6% olub, turizmdə, nəqliyyatda (yeni Ələt limanının açılışı sayəsində) artım olub. Əminəm ki, 2019-cu ildə qarşıya qoyduğumuz iqtisadi artım üzrə vəzifələri yerinə yetirəcəyik. Bu baxımdan vergi və gömrük islahatları böyük əhəmiyyətə malikdir, 2019-cu ildə Azərbaycanda qazlaşdırma, regionların içməli su ilə təchizatı, kənd və magistral yolların çəkilməsi, meliorasiya tədbirlərinin həyata keçirilməsi, həmçinin məcburi köçkünlərin, Qarabağ əlillərinin, şəhid ailələri və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması davam etdiriləcək", - prezident bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycanda yeni məktəblər, müalicə müəssisələri, idman-olimpiya kompleksləri, ASAN mərkəzləri, fabriklər və zavodlar tikiləcək.
Prezident sahibkarlığın inkişafı, xaricdə yeni Ticarət evlərinin açılması, respublikada yeni sənaye parklarının və məhəllələrinin yaradılması üzrə əlavə addımların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı aqrar-sənaye kompleksi və turizm sahələrində həyata keçirilən islahatların uğurlu olacağına əminliyini bildirib.
Ölkədə inflyasiya nəzarət altındadır, güclü şəkildə zəifləyib və hakimiyyətin fikrincə, bu ölkədə sabitliyə zəmanət verir.
Ötən ilin sonunda Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib (2017-ci illə müqayisədə 12,9%). Beləliklə, 2018-ci ildə ərzaq malları üzrə orta illik inflyasiya 1,7%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 2,7% təşkil edib.
2018-ci ildə Azərbaycanın bəzi uğurları 2018-ci ilin oktyabrında açıqlanmış Dünya Bankının "Doing Business" hesabatında öz əksini tapıb. Bu hesabatda Azərbaycan dünyada 10 islahatçı dövlət siyahısına daxil edilib (ən çox iqtisadi və institusional islahatlar aparılıb). Hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yeri tutub və MDB ölkələri arasında lider mövqeyə yüksəlib.
Qeyd edək ki, "Doing Business" hesabatları investorlar üçün əsas amildir - investisiya qoysunlar ya yox (bu və ya digər ölkənin iqtisadiyyatına).
Həmçinin investorlar və biznesmenlər üçün Qlobal Rəqabətlilik İndeksi də vacibdir. Bu, hər il Dünya İqtisadi Forumu (WEF) tərəfindən dünyanın 140 ölkəsi üzrə tərtib edilir.
2017-ci ildə Azərbaycan bu İndeks üzrə 35-ci yeri tutub. Bu, Davos Forumunun araşdırılmasında ölkənin iştirakı tarixində ən yüksək səviyyədir, 2018-ci ildə isə 69-cu olub.
Bununla yanaşı, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti artır və 2018-ci ilin yekunlarına görə, ÜDM-in 6,6%-ni təşkil edəcək (Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirməsinə görə). 2017-ci ildə bu göstərici ÜDM-in 4,1% -ni təşkil edib. Bu da müsbət ticarət tendensiyalarını nümayiş etdirir (qeyri-neft ixracında demək olar ki, 15% artım qeydə alınıb).
Hökumətin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanın qeyri-neft sektorunda 3,9%, neft sektorunda isə 3,1% artım gözlənilir. Cari ildə ÜDM-in artım tempinin illik 3,5-3,6% səviyyəsində olacağı bəyan edilir.
İnflyasiya 3-4% qalacaq.
2018-ci illə müqayisədə ÜDM-in artım tempinin yüksəlməsi "Şahdəniz" yatağından qaz hasilatının artması, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı vəzifələrin həyata keçirilməsi ilə əlaqədardır.
Bu barədə həm Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin çıxışlarında, həm də AYİB-in araşdırmalarında deyilir.
"2019-cu ildə Azərbaycanda ÜDM artımı 3,5% təşkil edəcək. Biz gözləyirik ki, 2018-2019-cu illərdə Azərbaycanda ÜDM tədricən artacaq, o cümlədən qaz hasilatının genişləndirilməsi və ölkənin ixrac potensialının artırılması hesabına",- AYİB qeyd edib.
BVF hesab edir ki, Azərbaycanda qaz hasilatının artması 2019-cu ildə neftdə ÜDM-in 5% artmasına səbəb ola bilər.
"2018-ci ildə Azərbaycanda gündəlik qaz hasilatı 0,41 mln barel olacaq, 2017-ci ildə bu rəqəm 0,31 mln. olub. 2019-cu ildə isə 0,54 mln. barel neft ekvivalentinədək artacaq", - BVF ekspertləri hesab edirlər.
Fitch Ratings beynəlxalq reytinq agentliyi "əhalinin inamının bərpası və büdcə xərclərinin artması fonunda" 2019-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempinin sürətlənməsini gözləyir.
Fitch-in inkişaf etməkdə olan Avropa ölkələrinə dair hesabatında deyilir ki, "Azərbaycan Makedoniya və Slovakiya ilə birlikdə 2019-cu ildə iqtisadi artım tempinin sürətlənməsi müşahidə ediləcək üç region ölkəsi olacaq".
BVF-nin hesablamalarına görə, 2018-ci ilin yekunlarına əsasən, Azərbaycandan mal və xidmət ixracı $23,8 mlrd. (2017-ci ildə $19,8 mlrd.) təşkil edəcək, 2019-cu ildə isə $25,6 mlrd. olacaq.
Fond hesab edir ki, 2018-ci ildə Azərbaycana idxal $19,2 mlrd., 2019-cu ildə isə $19,6 mlrd. təşkil edəcək. Bununla yanaşı, Azərbaycan sənayesinin inkişafı (avadanlıqların alınması) və əhalinin alıcılıq qabiliyyətinin artması, inflyasiyanın artım tempini üç dəfə üstələyən pul gəlirlərinin artması (müsbət göstərici) idxal göstəricilərinə təsir edir.
Son məlumatlara görə, 2018-ci ildə Azərbaycanın sənaye artımının həcmi 1,5% təşkil edib.
AYİB hesab edir ki, "iqtisadiyyatın mülayim diversifikasiyası Azərbaycanda ortamüddətli iqtisadi artım üçün yaxşı perspektiv açır və qeyri-neft iqtisadiyyatının rolunu möhkəmləndirmək üçün çox işlər görülməlidir".
Ümid edək ki, yeni vergi islahatları, iqtisadiyyata investisiyada 2,2%-lik artım 2019-cu ildə ölkənin inkişafına təkan verəcək.
Rəy yaz