The project of construction of Anaklia port

The project of construction of Anaklia port

Gürcüstanda iqtisadçılar Qarabağda Vətən Müharibəsi başa çatdıqdan sonra Qafqazın cənubunda yeni geosiyasi düzənin nəticələrini təhlil edir və belə qənaətə gəlirlər ki, tezliklə olmasa da, yaxın gələcəkdə Azərbaycan-Ermənistan kommunikasiyaları açılacaq və Gürcüstan Azərbaycan yüklərinin inhisarçı tranzitçisi statusunu itirə bilər.

Gürcüstan iqtisadiyyatı üçün kritik itkilər haqda radikal fikirlər səslənir. Lakin analitiklərin əksəriyyəti belə düşünür ki, Ermənistan vasitəsilə nəqliyyat dəhlzilərinin açılmasının Gürcüstan üçün faciəvi və hətta mənfi hesab edilməsi şüşirdilib. Əvəzində, Tbilisi öz tranzit yollarının rəqabət cəlbediciliyinin artırılması üzərində düşünməli olacaq, bu, hətta iqtisadiyyat üçün stimul ola bilər.

"Strateji tərəfdaşlarımızla birlikdə tranzit dəhlizi kimi Gürcüstanın cəlbediciliyinin artırılması üzərində işləmək lazımdır, bu isə dəmir yolunda qayda-qanun yaratmadan, Qara dənizdə liman infrastrukturunun inkişafı, siyasi motivlərlə dayandırılmış Anakliya dərinsulu limanın tikintisi olmadan mümkün deyil. Əslində, bizim tranzit potensialımıza hakimiyyətin fəaliyyəti qədər başqa heç bir şey zərər vermir. Bizim qərbli tərəfdaşlarımız bu barədə bizə açıq deyirlər. Məhz liman infrastrukturunun inkişafı mühüm nəqliyyat dəhlizi kimi Gürcüstanın uğurlu inkişafını təmin edə bilər və regionda geosiyasi çəkisini ciddi şəkildə artırar ", - Gürcüstan Strateji Təhlil Mərkəzindən  (GSAC) Teona Akubardiya Apsny.ge-də yazır.

Anakliya Qara dəniz limanı Gürcüstanın əsas tranzit obyekti sayılır və bu, həmin ölkəyə Rusiya-Azərbaycan-Ermənistan dəmir yolu ilə rəqabətdə qalib gəlməyə imkan verəcək. Gürcüstanın dünya dənizlərinə çıxışı bu ölkəni Azərbaycanla tranzit yarışında qalib edir. Xəzər dənizi qapalı su hövzəsidir.

Ancaq bundan ötrü Anakliya limanı ağır okean gəmilərini qəbul etmək üçün dərinsulu olmalıdır.  Məlum olur ki, bu tikintiyə əsas maneə Rusiyadır, belə ki, bəlli siyasi mülahizələrdən Gürcüstanın güclənməsi ona lazım deyil.

Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının keçmiş lideri Birdzina İvanişvilini "Anakliyanın tikintisi üzrə beynəlxalq Konsorsium”un dağıdılması ilə bağlı gizli sxemlərdə ittiham edirlər.

Tikintinin əsas kuratorları, TBC Holding şirkətinin təsisçiləri Mamuka Xazaradze və Badri Caparidze pulların yuyulması ittihamı ilə hakimiyyətlə, sonra isə ədalət mühakiməsi ilə münaqişədə olublar. Xazaradze və Caparidze əmindirlər ki, dərinsulu limanın tikintisi ilə bağlı onların narahatlığının və  problemlərinin arxasında hakim Gürcü Arzusunun təsisçisi, milyarder Bidzina İvanişvilinin və Rusiya hakimiyyətinin şəxsi maraqları dayanır.

2020-ci ilin yanvarında Gürcüstan hökuməti Xazaradze və Caparidze konsorsiumu ilə müqaviləni pozub.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Anakliyada tikinti konsorsiumunun dağılmasında siyasi çaların olmasını inkar edir.

“Anakliya limanı bizim üçün strateji prioritetdir və Gürcüstan Konstitusiyasında haqqında danışılan yeganə layihədir. Yeni, daha uğurlu inspektorun cəlb edilməsi üçün konkret plan var ki, o, son nəticədə hökumətlə birlikdə bu vacib layihənin həyata keçirilməsinə başlaya bilər", - o, bir il öncə bildirib.

Xazaradze Turnavanın dediklərini yalan adlandırıb: "Gürcüstan Avrasiya ilə Avropa arasında logistik mərkəzə çevrilə bilərdi. Avropa ölkələrinin çoxu Gürcüstanın təhlükəsizliyi və sabitliyilə maraqlanardı. Və Rusiya Federasiyası bu səyləri pozmaq üçün əlindən gələni edir, çünki bu liman təkcə Gürcüstan üçün deyil, Rumıniya üçün də iqtisadi effektə malik olardı. Təəssüf ki, düşünürəm ki, Gürcüstanın indiki hökuməti  Kremlin təzyiqlərinə uyub".

O vaxtdan Gürcüstan "Anakliya layihəsi" üzrə irəliləməyib. 2020-ci ilin iyulunda "Anakliyanın İnkişafı Konsorsiumu" Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsində Gürcüstan hökumətinə qarşı iddia qaldırıb və 1 mlrd. dollar ödəməsini tələb edib. Bu məhkəmə prosesi haqda başqa məlumat yoxdur.

Gürcüstan hökuməti bildirir ki, iddiada məqsəd mövzunu siyasiləşdirmək və yeni investorların axtarışına mane olmaq cəhdidir, - iyulun 30-da nazir Turnava deyib.

O vaxtdan region dəyişib və Ermənistanın Mehri rayonu ilə Gürcüstan yoluna alternativ yolun açılması reallığa çevrilir. Gürcüstan tərəfi yeni mühüm vəziyyətə   Anakliya limanında işlərin bərpası üçün səylərin fəallaşması ilə reaksiya verə bilər ki, Gürcüstan geosiyasi trafikdən dividend almağa davam etsin. Amma indiyə qədər belə fəaliyyətin əlamətləri görünmür.

Layihə sənədlərinə əsasən 2020-ci ildə Qara dənizdə Anakliya limanının tikintisi artıq başa çatmalıydı. Dövlət dəstəyinə baxmayaraq, konsorsium müqavilənin qüvvədə olduğu müddətdə maliyyələşmə cəlb edə, öhdəlikləri yerinə yetirə və obyektin tikintisində irəliləyiş əldə edə  bilməyib.

Konsorsium Amerikanın iri tikinti şirkəti Conti International LLC və Gürcüstanın TBC Holding LLC şirkəti tərəfindən yaradılıb. 2020-ci ilin yanvarında Gürcüstan hökuməti "Anakliya İnkişaf Konsorsiumu" ilə müqaviləni ləğv etmək qərarına gəlib. Belə k, 2019-cu ilin dekabrında şirkət yeddinci dəfə müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyib və 400 mln. dollar məbləğində kredit itkisi ilə bağlı hesabat verə bilməyib.  

Müqavilənin fəaliyyət göstərdiyi dörd il ərzində podratçı yalnız dibin dərinləşdirilməsi üzrə işləri başa çatdıra bilib. Konsorsium hesab edir ki, müqavilənin bütün şərtlərini yerinə yetirib və Gürcüstan hökumətini investoru kifayət qədər dəstəkləməməkdə və işləmək üçün maneələr yaratmaqda ittiham edib.

Anakliya limanının regionun ayda 100 min tonadək yük dövriyyəsi olan ən böyük dəniz limanı olacağı nəzərdə tutulurdu. Bundan əlavə, ekspertlər NATO hərbi gəmilərinin qəbulu üçün limandan istifadənin mümkünlüyünü qeyd edirdilər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti