Фото из открытых источников

Фото из открытых источников

Azərbaycan iqtisadiyyatının xammal asılılığından uzaqlaşması və "rəqəmsal iqtisadiyyat" əsasında ölkənin qeyri-neft sektorunun inkişafı pandemiya dövründə ölkəmizin bütün iqtisadiyyatının inkişafı və gücləndirilməsinin uğurlu yollarını müəyyənləşdirərdi. Görünür, ölkəmiz qeyri-neft sektorunu (məsələn, Norveç kimi) inkişaf etdirməyi və ölkə iqtisadiyyatının ən vacib sektorları: tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya (məsələn, informasiya texnologiyaları sahəsində) üçün real inkişaf strategiyaya sahib olmağı istərdi. https://www.azerbaycanli.org/?page=193&lang=rus

Yeri gəlmişkən, artıq deyilib: "2020-ci ilin birinci rübündə Azərbaycanda qeyri-neft ÜDM-nin artması, əsasən qeyri-neft sənayesində 23% artım hesabına təmin edilib". http://www.turan.az/ext/news/2020/4/subsc/economics%20news/ru/123208.htm

Amma rabitə sektorunun bu böyümədəki payı və bütün bunların nəyin hesabına baş verməsi maraqlıdır.

Bu gün, görünür, koronavirus dünyamızı köklü şəkildə dəyişdirir ki, ABŞ və Avropa ticarəti və bütün iş dünyası (siyasət daxil olmaqla) inkişaf etmiş İnternet xidmətləri sayəsində, demək olar ki, tamamilə distant (onlayn) rejimə keçir və tamamilə distant təhsilə keçilib (DT). Görünür, aydındır ki, insanların rifah halı, həqiqətən, qeyri-neft sektorunun (nəqliyyat və rabitə sahələri daxil) uzumüddətli inkişaf konsepsiyasından asılıdır və bu, Azərbaycanda bazar və rəqəmsal iqtisadiyyatın perspektiv inkişafı üçün zəmin rolunu oynayır və koronavirus pandemiyası fəlakətli şəkildə enerjiyə tələbini aşağı salır, neft və neft məhsullarının həddən artıq istehsalını kəskinləşdirir.

Ona görə Azərbaycanın rabitə sektorunun (ölkənin qeyri-neft sektoru kimi) inkişafını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) şəxsində Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrini nəzərə alaraq, aşağıdakı beş əsas istiqamətdə aparmaq lazımdır:

  • Texniki siyasət (planlar, layihələr, spesifikasiyalar, tenderlər ...);
  •  maliyyələşdirmə (planlaşdırma, idarəetmə, məsləhət, fondlar);
  • • rəqəmsal menecment (struktur, tənzimləmə, idarəetmə);
  • • məsafəli ticarət (marketinq, xidmət satışı və s.);
  • • kadrlar (onlayn rejimdə siyasət, maliyyə, menecment, ticarət və onlayn rejimdə DT).

Avropa İttifaqı rabitə sektorundan  söz düşəndə həmişə inanırdı ki, rabitə xidmətləri göstərən şirkətlər iş dünyasında bankçılıq, neft emalı, qida istehsalı və kimyəvi məhsullar istehsalı, aerokosmik biznesdən daha çox gəlir gətirən xidmətlərdən biridir.

Ancaq məsələ burasındadır ki, Azərbaycanın illik statistikasında rabitə sektorunun qazancı nə dərəcədə real əks olunur, rabitə və nəqliyyat sektorlarının gəlirləri ölkənin qeyri-neft iqtisadiyyatına nə dərəcədə şəffaf daxil olur?

Görünür, buna görə rabitə sektorunun  inkişafının proqnostik vəzifələrinə xüsusi əhəmiyyət verilməlidir: mümkün investisiya səviyyələri nəzərə alınmaqla NRYTN-in yeni birləşdirilmiş sahələrinin əsas göstəricilərinin proqnozu (məsələn, beş illik müddət üçün); nəqliyyat və abunəçi rabitə şəbəkələrinin müəyyən bir dövr üçün (məsələn, 10 il üçün) mərhələli inkişafının texniki səviyyəsinin proqnozu və nəhayət, konkret obyektlər və onların yerinə yetirilmə tarixləri (məsələn, 15 il) göstərilməklə 2035-ci ilə qədər ölkənin telekommunikasiya sahəsinin baş planının (inkişaf planı) hazırlanması və s lazımdır.

Bu gün, ehtimal ki, rabitə sektoru, kompüterlər, kütləvi informasiya vasitələri və onların bir-biri ilə əlaqəsi (sosial şəbəkələr tərəfindən təmsil olunur) o dərəcədə birləşib ki, dünyanın hər hansı bir ucunda baş verən hadisələr dərhal şəffaf detallarla bütün dünyanın mülkiyyətinə çevrilir. Görünür, NRYTN-in struktur və menecment yenidənqurması zəruridir. Nazirliyin səlahiyyətlərini iki müstəqil bölməyə ayırmaq, telekommunikasiya xidmətlərini (operator funksiyalarını) qarşılıqlı əlaqə və qarşılıqlı hesabılaşmaya (tənzimləyici funksiyası) ayırmaq lazımdır. Bu, ölkədəki bütün operatorlar və provayderlər üçün inhisardan bir çıxış olardı. Dövlət qurumlarından kənarda müstəqil bir tənzimləyici həm bazarın, həm də ölkənin rəqəmsal iqtisadiyyatının real tələbidir.

Rabitə sektorunun əsas vəzifəsi, ehtimal ki, Azərbaycanda mövcud rabitə şəbəkələrinin (NRYTN tərəfindən idarə olunan) real gəlirləri, xüsusən beynəlxalq əlaqələrdən gəlirlərin statistikanın inventarlaşdırılması və etibarlılığı təmin etmək üçün ölkədə tətbiq olunan bütün şəbəkə və inzibati həllərin müayinəsi və texniki auditi ilə təmin edilməsidir.

21-ci əsrin ilk illərində AzEuroTel-lə "telefon müharibəsi" dövrü yada düşür. Bu şirkətin gəlirləri Rabitə Nazirliyindən çox idi və müharibə Azərbaycanda ilk alternativ telekommunikasiya şirkətinin dağıdılmasının başlanğıcı oldu. http://vyshka.azeurotel.com/arxiv/2003/10/2.htm

Görünür, BTİ-nın tövsiyələri nəzərə alınmaqla NRYTN-nin unifikasiyası və effektivliyi üçün milli təhlükəsizlik tələblərini və ən əsası ölkənin iki sektorunun (nəqliyyat və rabitə) rabitə avadanlıqlarının texnoloji birliyini nəzərə alaraq, rabitə şəbəkəsinin yeni elementlərinin alternativ planlaşdırılmasına, layihələndirilməsinə və qurulmasına ehtiyacımız var.

Məhz bunun üçün ölkədə tədris, elm-tədqiqat və layihələndirmə rabitə institutunun (və ya ən azı Azərbaycanda yeni Nəqliyyat və Rabitə Universiteti yaratmaqla üçü birində) mövcudluğu tələb olunur ki, heç olmasa kimsə bütün bunlarla məşğul olsun.

Nəzərə alsaq ki, Azəraycanda iqtisadiyyatın sektorlarını idarə etmək üçün təəssüf ki, mütxəssislər gətirmirlər (bugün bütün dünyada qəbul olunmuş haldır, bir qayda olaraq, bunlar hakim partiyanın üzvləridir), iqtisadiyyatın sektorlarının uğurlu inkişafı üçün sahə institutları tələb olunur (yuxarıda qeyd olunan) və görünür, heç bir nazir təkbaşına bu qeyd olunan institutlar olmadan məsələni həll etmək gücündə deyil.

Baxın təhsil, səhiyyə, neft-kimya və s.-də nə qədər sahə institutları var, onda nəyə görə belə nəhəng və birləşdirilmiş NRYTN-də yoxdur?

Bəli, bir vaxtlar, Azərbaycan Prezidentinin 17 fevral 2003-cü ildə təsdiqlədiyi "Azərbaycan Respublikasının İnkişafı üçün İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012)" Proqramı bizə böyük bir ümid verirdi.

Bu, Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı qrantının  birgə və lazımlı layihəsi idi - Project - AZE/01/003-NICTS. Amma bizdə təəssüf ki. prezidentin ölkədə İKT Universitetinin yaradılması ilə bağlı sərəncamı da yerinə yetirilmədi. http://www.1news.az/chronicle/20130201070925638.html

Bundan əlavə, yüz ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən bütün rabitə müəssisələri RS-da (və biz həqiqətən unikal olan AzEuroTel Birgə Müəssisəsini (BM) müdafiə etməmişik) alternativ və rəqabət olmadan öz xidmətlərini yalnız Rabitə Nazirliyinin timsalında (Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriyi - NRYTN) respublikanın rabitəçilərinə məxsus yeraltı və yerüstü qurğular bazasında həyata keçirirlər.

Sual olunur, niyə müstəqillik illərində rabitə sektorunun adambaşına düşən gəliri üzrə ÜDM %-i ilə MDB ölkələri arasında sonuncu yerlərdə qaldıq və niyə rabitə gəlirləri ölkənin qeyri-neft gəlirlərində aydın görünmür? http://www.cnews.kz/reviews/index.shtml?2008/04/17/106340

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (Rabitə Nazirliyi) Rusiya qəzetinə 29 mart 2013-cü il tarixli pafoslu müsahibəni xatırlayırıq: “On ildən sonra İT sektorundan əldə olunan gəlirlər Azərbaycanın daxili məhsulunun təxminən 10%-ni təşkil edəcək”. https://rabita.az/ru/c-media-ru/intervyu/details/149/

Ancaq müsahibədən təxminən il yarım sonra, 2015-ci ilin payızının ən utanc verici hadisəsi baş verdi, rabitə naziri vəzifəsindən uzaqlaşdırdı və sonrakı iki il ərzində ölkənin RS 10 rəhbərlərinin istintaqı getdi.

Hərçənd müsahibədən əvvəl - 7 fevral 2013-cü ildə Azərbaycan ilk rabitə peykini işə saldı, bundan əvvəl isə 9 dekabr 2012-ci ildə Bakıda Azerbaijan Service and Assessment Network (ASAN) şəbəkə terminalı istifadəyə verildi, bundan da əvvəl, qarşıdakı 8-10 ildə Azərbaycnın ümumi daxili məhsulunun (ÜDM) iki dəfə artacağını ehtimal edən "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının uğurunun gözlənilə biləcəyi Azərbaycan Prezidentinin 29 noyabr 2011-ci il tarixli, 1862 nömrəli sərəncamı oldu. (https://president.az/files/future_ru.pdf

Görünür, buna qeyri-neft sektorunun, o cümlədən İKT-nin hesabına nail olmaq nəzərdə tutulurdu. Müqayisə üçün, 2011-ci ildə İKT sektorundakı mənfəət 1,7 milyard dollar təşkil edirdisə, 2020-ci ilə qədər bu rəqəm 8 milyard dollara çatdırılmalıdır. Eyni zamanda, 2025-ci ilə qədər İKT sektorundakı gəlir səviyyəsinin ölkəmizin ÜDM-nin 10% -ə çatacağı gözlənilirdi.

https://rabita.az/ru/c-media-ru/intervyu/details/149/. Burada vurğulanıb ki, "layihənin son məqsədi ölkənin bütün ərazisini, o cümlədən ucqar kənd yaşayış məntəqələrini 10-100 Mbit/s sürətlə sürətli İnternetlə təmin etmək və genişzolaqlı İnternet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək inkişaf etmiş dünya ölkələri səviyyəsinə çatmağa imkan verəcək” (yəni bütün bunlar 3 il əvvəl olmalı idi, amma hanı?).

2020-ci ildə hökumət qurumlarının elektron xidmətlər ilə geniş şəkildə əhatə olunması nəzərdə tutulurdu, bu, pandemiya zamanı vacib bir vasitə olardı. Eləcə də hökumətin fəaliyyətində tam şəffaflığın təmin edilməsi və görünür, sahibkarlara və ölkə vətəndaşlarına qarşı olan neqativ halların və bürokratik əngəllərin aradan qaldırılması da nəzərdə tutulurdu.     https://rabita.az/ru/c-media-ru/intervyu/details/149/.

İndi maraqlıdır, "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası artıq həyata keçirilibmi? Ən əsası, ölkədə kimsə bu konsepsiya üçün hesabat verib, yoxsa hamısı pandemiyanın (koronavirus) ayağına yazılıb?

Yeri gəlmişkən, müsahibənin sonunda “Rossiyskaya qazeta” ölkəmiz üzrə 2012-ci ilin mühüm statistikasını verib: "2012-ci ilin sonuna Azərbaycanın hər 100 sakini üçün 20 kompüter var idi. İnternet istifadəçilərinin sayı hər 100 nəfərə 70 nəfər idi". Görünür, "şüar statistikası"nın bir-birini inkar edən rəqəmləri var. 2013-cü ildə Azərbaycanda 100 nəfərə sabit (adi) telefon aparatlarının  sayı 15.6-ya bərabər idi. Ancaq reallıq budur ki, bu gün hər 100 nəfərə düşən telefon aparatlarının sayı 20-yə yaxındır və İnternet azadlığı reytinqinə görə biz yalnız 45-ci yerdəyik (qonşularımız olan Ermənistan və Gürcüstan 10-cu və 13-cü yerdədirlər)  http://www.turan.az/ext/news/2019/11/free/politics%20news/ru/84994.htm.

Maraqlıdır, 2020-ci ilin yanvar ayı üçün eyni parametrlərin həqiqi statistikası necədir?

Axı bir vaxtlar Azərbaycanda rabitə statistikası (2 il geciksə də) Rabitə üzrə Regional Birliyin (RRB) İcraiyyə Komitəsinin toplusunda dərc edilirdi. Görünür, ədalət naminə, qeyd etmək lazımdır ki, RRB və onun illik statistikaları olmasaydı, yəqin ki, "önə çıxmaq" istəyi ilə planetdə hamıdan qabaqda olacaqdıq, şübhəsiz ki,  telekommunikasiya və ümumilikdə İKT-də (eyni zamanda. bir şey istehsal etməməyimizə baxmayaraq) ABŞ və Avropanı üstələyərdik. Axı RRB-nin Statistika məcmuəsinin hər bir sayı daha real ("şüar olmayan") statistika təqdim edirdi və RRB iştirakçılarının administrasiyalarının (Azərbaycanın Rabitə Nazirliyi daxil olmaqla) tərəfindən görülən iş idi. Məcmuə üçün məlumatlar MDB-nin 11 rabitə administrasiyasından alınırdı və Azərbaycan 17 dekabr 1991-ci ildən RRB-nin üzvü idi. (http://www.rcc.org.ru). 

Göründüyü kimi, alternativ və rəqabətə uyğun olmaq üçün tətbiq olunan bütün şəbəkə həllərinin ekspertizası və texniki auditi ilə rabitə sektorunda statistikanın real inventarizasiyası tələb olunur.
olunur.

Görünür, milli maraqlar və ölkə iqtisadiyyatı sektorlarının rifahı Azərbaycanın on milyon istehlakçısına (abunəçi), uzunmüddətli perspektivə və ölkənin qeyri-neft sektorunun inkişafına xidmət etməlidir. Ölkədəki "son yenidənqurma"nın məqsədi müstəqil bir tənzimləyicinin Azərbaycanda bazar iqtisadiyyatı üçün real tələbə çevrildiyi RS işçiləri də daxil olmaqla ölkənin qeyri-neft sektorlarının payının gücləndirilməsinə yönəldilməlidir.

Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılması məsələsinin gündəmdə olması, yəqin ki, yaxşıdır, hərçənd 2015-ci ilin payız hadisələrinə görə, biz də yol xəritələri və ölkədə elan olunan bir sıra islahatlar barədə eşitdik (amma rabitə sektorunda görürür yalnız rəhbərlik dəyişdi və sahənin 10 rəhbər şəxsi istintaq altına alındı) RS-nun özünün inkişafı üçün geniş bir konsepsiya xatırlamırıq.

Hərçənd göstərilən xidmətlərə lisenziyaların verilməsi, idxal olunan rəqəmsal texnologiyaların sertifikatlaşdırılması, tender və tarif siyasəti yaxud RS-də müstəqil tənzimləyicilərin tətbiqi, özəlləşdirmənin başlanğıcı və ən əsası ölkədə rabitə institutlarının yaradılması ilə bağlı bir çox məsələni nizama salmaq olardı.

Belə çıxır ki, indiyə qədər NRYTN (Rabitə Nazirliyinin varisi) rabitə sahəsinin texniki, hüquqi və tarif siyasətinin qanunvericilik bazası və dövlət bələdçisi olan inhisarçı bir dövlət qurumudur və bütün bunları həyata keçirmək üçün sahə rabitə institutlarına malik deyil.

Unutmaq olmaz ki, rəqəmsal texnologiyaların tətbiqi Rabitə Nazirliyinin (NRYTN) ölkədəki xidmətləri deyil, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə yeni texnoloji inkişaflarının tətbiqindən maksimal mənfəət ələ etmək məqsədilə bu texnologiyaları istehsal edən xarici şirkətlərin maliyyə marağıdır.

Təsadüfi deyil ki, bu gün dünya birliyi mahiyyət etibarilə dünyanın bütün ölkələrini, o cümlədən MDB ölkələrini iqtisadi, informasiya və siyasi sahələrdə (Azərbaycanın sosial şəbəkələrində bu, aydın görünür) tam şəffaflığı təmin edərək açıq olmağa və fikirləri dinləməyə dəvət edir.

Abdul Qəhramanzadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti