Тбилиси, 22 июня. Фото TURAN
PPA 1993-cü ildə Yunanıstan parlamentinin təşəbbüsü ilə yaradılıb. Yunanıstanla yanaşı Assambleyada lider rol Rusiyaya da məxsusdur. İştirakçıların sayı 25-dir, mənzil-qərargah Afinada yerləşir. PPA-nın əsas vəzifələri cəmiyyətdə pravoslavlığın maraqlarına cavab verən qanunların milli parlamentlər tərəfindən qəbuluna yardım və qanunvericilik fəaliyyətinin koordinasiyası, kilsələrarası ünsiyyətin inkişafına yardım, pravoslavlığın mənəvi dəyərlərinin qorunması işində siyasi tədbirlərin gücləndirilməsidir.
Bütün müəlliflər və informasiya saytları eyni hadisələri iki əks baxımdan və dəyərləndirmə ilə izah edirlər.
Belə deyək, "gürcüsayağı versiya": RF Dövlət Dumasının vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklərin məsələləri üzrə komitəsinin rəhbəri, RFKP üzvü, PPA prezidenti Sergey Gavrilov bu təşkilatın 26-cı Baş sessiyasının pozulmasına səbəb olub.
S.Qavrilov sessiyanı parlament sədrinin kürsüsündə oturaraq açıb, bundan öncə isə Gürcüstan KİV-ə bildirib ki, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın bir hissəsi kimi tanımır; "Antiişğal hərəkatı"nın lideri D.Katsarava ittiham irəli sürüb ki, Qavrilov Abxaziyada və Dnestryanıda separatçıların tərəfində döyüşüb, həmçinin Rusiyanın Gürcüstanın iki bölgəsinin müstəqilliyini tanıması barədə aktı imzalayıb.
Bundan sonra Tbilisidə baş verən etiraz aksiyası zamanı sessiya iştirakçısı, Ukraynadan olan deputat Yelenski deyib: "Ölkələrdən biri digər pravoslav ölkələrinə - Ukrayna, Gürcüstan, Moldovaya qarşı təcavüz aktı həyata keçirirsə "pravoslav həmrəyliyindən danışmaq mümkün deyil". "Bizim ölkələrin aldığı ibrət dərsləri bizə deyir ki, təcavüzkara rəhm etmək olmaz. Onu ancaq dayandırmaq lazımdır".
"Rusiyasayağı versiya: Qavrilov bildirir ki, sessiyanın sədri kimi ona haranı göstəriblər, o da orada oturub və bu "Vahid Milli Hərəkat" və "Avropa Gürcüstanı"ndan olan müxalifətçi deputatların narazılığına səbəb olub və onlar iclası tərk ediblər. Sonra radikallar parlamentin binasını tutublar. Aksiya iştirakçıları rusiyalı deputatlardan dərhal Gürcüstanı tərk etməyi tələb ediblər. Bundan əlavə, onlar spiker İrakli Kobaxidze və DİN rəhbəri Georgi Qaxariyanın istefasını tələb ediblər. Qavrilov əlavə edib ki, ekstremistlər onu haqq-hesab çəkməklə hədələyiblər, vurublar və sessiyanın sənədlərini ələ keçirməyə cəhd ediblər. "Bəyan edirəm ki, heç vaxt Abxaziyada və digər ölkədə hərbi əməliyyatlarda iştirak etmədim. Heç bir zaman və heç bir yerdə döyüşlərdə iştirak etmədim, silah daşımadım".
Sonrakı hadisələr KİV-də və İnternetdə yayılan xəbərlərdən yaxşı məlumdur. Moskva və Tbilisi bir-birini ittiham edirlər. Cümə günü, iyunun 21-də Rusiya prezidenti Vladimir Putin RF aviaşirkətlərinə Rusiyadan Gürcüstana hava sərnişin daşımalarını (həmçinin kommersiya) həyata keçirməyi qadağan etdi.
Həmçinin Rusiya lideri hökumətə tapşırdı ki, Gürcüstanda müvəqqəti olan rusların öz vətənlərinə qayıtmasını təmin etsin.
Prezident S.Zurabişvili hesab edir ki, RF ilə pravoslav və ya digər əlaqələr barədə heç bir söhbət gedə bilməz, çünki siyasi məqsədlərə nail olmaqdan ötrü dindən istifadə Rusiya üçün adi praktikaya çevrilib. .
Belə təəssürat yaranır ki, özü-özlüyündə baş verən hadisələr və onların gələcək inkişafı bir neçə latent münaqişənin açıq siyasi məkana çevrilməsi üçün yalnız bir bəhanədir.
Əvvəla, bu, son bir neçə ildir ki, davam edən Rusiya-Gürcüstan dialoqunun səmərəsizliyidir. Tərəflər bir-birinə qəbuledilməz şərtlər irəli sürürlər. İyunun 13-də Praqada Gürcüstan baş nazirinin RF ilə münasibətlərin nizamlanması məsələləri üzrə xüsusi nümayəndəsi Z.Abaşidze ilə görüşdən sonra RF XİN rəhbərinin müavini G.Karasin bildirib ki, Gürcüstanın NATO-ya daxil olması Gürcüstanla Rusiya münasibətləri üçün "acınacaqlı" olacaq.
"Bu, daha çox, Rusiya-Gürcüstan münasibətləri üçün təhlükəlidir, nəinki Rusiya". Karasin Gürcüstanın Anaklia şəhərində dərinsulu limanın inşası ilə bağlı ABŞ dövlət katibi M.Pompeonun iyunun 11-də verdiyi bəyanatı qəbuledilməz adlandırıb. Pompeo Tbilisiyə məsləhət görüb ki, Anakliada obyektin tikintisini başa çatdırsınlar. Onun sözlərinə görə, bu, Gürcüstan iqtisadiyyatını Rusiya və Çinin - "əslində Gürcüstanın maraqlarını düşünməyən saxta dostların" hədsiz təsirindən qoruyacaq".
Z.Abaşidze Karasinin özünün danışıq tonunun qəbuledilməzliyini qeyd edib: "Rusiyanın nümayəndələri tərəfindən təhdidedici tonda bəyanatlar verilərkən biz bunun tamamilə qəbuledilməz olduğunu hesab edirik. Qonşu ölkələr belə bir tonda danışmamalıdır".
Xatırladaq ki, Anakliada inşa edilən liman ABŞ və Aİ HDQ gəmilərini qəbul edə biləcək.
Beləliklə, Gürcüstanın NATO-ya üzv olmaq cəhdləri gərgin münasibətlərə səbəb oldu. Gürcüstan başa düşdü ki, "işğal olunmuş ərazilər"in geri qaytarılması Rusiya-Gürcüstan münasibətlərinin vəziyyəti ilə əlaqədar deyil, əksinə, Aİ-yə üzv olmaq cəhdidir və NATO Tbilisiyə şans verir.
"Məqsədi Gürcüstanı yenidən özünün təsir dairəsinə salmaq olan Kreml ilə güzəşt siyasəti işləmir. Odur ki, bizim edə biləcəyimiz yeganə şey öz təhlükəsizliyimizi və inkişafımızı təmin etməkdir, bu, demokratiyanın inkişafında çevik irəliləyiş, demokratik institutların və iqtisadiyyatın möhkəmləndirilməsi, Qərb standartlarına maksimum uyğunluq ə NATO-ya daxil olmaqdır", - politoloq Matsaberidze deyib.
Gürcüstan A.Bjezetskinin "Gürcüstanda iğtişaşlar və ya tarixin öyrənilməmiş dərsi" məqaləsində ("Polityka", Polşa 21.06.2019) söylədiyi sözlərə qulaq asmalıdır: "2008-ci il göstərdi ki, Moskvanı təhrik etmək asandır, Qərbin köməyinə nail olmaq isə çətin". Həqiqətən ötən on ildə Gürcüstanın NATO və Aİ ilə irəliləyişdə uğurları çoxdur.
Gürcüstanın indiki hakimiyyətinin problemləri Rusiya ilə böhranlı münasibətlərlə bitmir. Analitiklər qeyd edirlər ki, hazırda iğtişaşlar siyasi böhrana keçir, müxalifət vəziyyətdən maksimum yararlanmaq istəyir. Hətta müxalifətin prezident kürsüsü uğrunda mübarizədə məğlubiyyəti göstərdi ki, Gürcüstanın siyasi landşaftı sürətlə dəyişir. Gürcü Arzusu Partiyasının hegemonluğu nəinki sındırılıb, o, tədricən zəifləyir, yerini göz önündə möhkəmlənən müxalifətə verir. Parlamentin spikeri İ.Kobaxidzenin və DİN rəhbəri G.Qaxariyanın istefası tələbi ancaq başlanğıcdır. Müxalifət görür ki, hakim Gürcü Arzusu həm siyasi, həm də iqtisadi tənəzzül zolagına daxil olub.
Zurabişvilinin "Euronews"a müsahibəsi də (22.06) bunu göstərir. O qeyd edib ki, bu gün ölkə üçün əsas olan sabitliyin və asayişin qorunmasıdır.
"Parlamentdə baş verənlər çox böyük cinayət idi, ölkənin ləyaqətinə ziyan vuran faktdır. Lakin bu, süni qaldırılmış dalğaya, dövlət əleyhinə hərəkətlərə, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda parlamenti tutmağa və hökumətin devrilməsinə yönələn çağırışlara haqq qazandırmır. Rusiya bizim düşmənimizdir və işğalçıdır. Onun idarə etdiyi beşinci kolon bəlkə də bu gün daha təhlükəli ola bilər, nəinki açıq təcavüz", - S.Zurabişvili deyib.
Ancaq müxalifət harada və nə zaman öz opponentlərinin istəklərini dəstəkləyib? Gürcüstanda bu, olmayacaq, belə ki, ölkədən yeni etiraz aksiyaları barədə informasiya gəlir. Artıq bu, "rüsvayçı hadisələr"ə yol verən hakimiyyətə yönəlib. Yeri gəlmişkən, M.Saakaşvilini dəstəkləyən hərəkatın tezliklə hakimiyyətə gələcəyini də söyləmək hələ tezdir. Gürcüstanda bir çox nüfuzlu şəxsin eks-prezident ilə şəxsi haqq-hesabı var. Bütün hallarda bir ildən sonra Gürcüstanı növbəti parlament seçkiləri gözləyir. Baş verən hadisələr Gürcüstanda yaşayış səviyyəsini zəiflədən Gürcü Arzusunun mövqeyini xeyli laxladır.
Rəy yaz