kronos34.news

kronos34.news

Dövlət başçısı xəyalpərvər oldusa, həmin cəmiyyət batmışdır deməkdir. Dövlət başçısı özünü imam, şeyx kimi apardısa, o uzaqbaşı dini mühakiməsi və inancı olan bir qrupun maraqlarının daşıyıcı ola bilər. O, fərqli dəyər daşıyıcılarını öz aurasında səfərbər edə bilməz. Əgər sizin poetik duyğulu şair dövlət başçınız varsa, o zaman düşünməlisiniz ki, nə zamansa həmin dövlətin maraqları emosiyaların altına düşəcək. Onun baxışları bir qrup dinçi kəsimin ürək sözlərini ifadə etməklə özünə və onlara təsəlli verəcək, amma dövlətinizin strateji vizyonu olmayacaq. Dövlət başçısı yalnız dini ehkamlar üzərində düşüncələrini fokuslayırsa, bilin ki, nə dünya onun, nə də o, dünyanın dilini anlamayacaq. Sonucda sizin dövlət maraqlarınız dövlət başçınızın hissi-emosional maraqlarının və sentimantal duyğularının qurbanı da ola bilər. 

Qeyd etdiyim bu düşüncə və yanaşma tərzi Türkiyənin dövlət başçısı cənab Ərdoğanın ritorikasında aydın sürətdə hiss olunur. Türkiyədə iqtisadiyyatında iqtisadi tənəzzül elemantlərindən olan milli valyutası olan TL-nin dəyəri kəskin sürətdə aşağı düşüb. Bir neçə ay öncə 1 ABŞ dolları qarşısında 3,4 TL nisbətində olan lirə hazırda 14 TL-ə yüksəldi. Nəticədə Türkiyənin milli valyutasının faizlərlə deyil, dəfələrlə dəyər itirməsi baş verdi. Bazarlar milli valyutanın dəyər itirməsindən çaşqınlıq içərisində çabalayır. İqtisadiyyatda qeyri-müəyyənliklər artır. İnvestorlar “isti” pullarını ölkədən çıxarır. Mühacir kapitalın axını sürətlənir. Sərmayələrin təbiəti ciddi formada dəyişir. İstehlakçılar  çaş-baş içərisində və s.

Bu vəziyyətdə dövlət başçısının çıxış mətni necə olmalıdır? Gözləntiləri necə idarə etməlidir? İqtisadiyyatın sabahına dair hansı ümidlər verməli və hansı gerçək ssenriləri söyləməlidir? İqtisadi komanda böhran riski yaradan tənəzzül elementlərini cəmiyyətə necə təqdim etməli və onları çatdırmalıdırlar?

Dövlət məsuliyyəti və dövlətçi ərkanı olan komanda bunun üçün səfərbər olmalı və ağıllı qərarları qəbul etməlidirlər. Ərdoğan nə edir? Sinəsin təkbaşına olaraq qabağa verməklə xalq qarşısında çıxışları ilə kompitent olmadığı müstəvidə özünü hamıya güldürür. Belə bir vəziyyətdə Ərdoğan iqtisadi həll, çıxış yolu göstərmək əvəzinə bu dəfə də maraqlı çıxış edib. O, “Quran”dan ayə oxuyaraq bunları söylədi: “Rəbbimiz Quranda buyurur ki, əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver”.

Dəqiq xatırlayıram. Bu haqda özümün iqtisadi qeydlər kitabçama 2018-ci ildə Ərdoğanın ehkamçı bir çıxış qeydin yazmışdım. O zamanı da oxşar ritorika ilə çıxış edərək,  “onların dolları varsa, bizim də Allahımız var” dedi. Dini baxışı olan dövlət başçısına bir fikir xatırlanmalı idi ki, Allah da deyir: “Tədbir səndən, təqdir məndən.”

Həmin ildə Ərdoğanın propaqandası özünün elə bir pik həddinə çatdı ki, son da vətəndaşlar küçələrə axışıb əllərində olan dollar əskinaslarını yandırmağa başladılar. Əslində yanan Türkiyə iqtisadiyyatı idi.  Küyə gedən kütlə ilğımı ilə Ərdoğan vicdanın rahalatmağa çalışdı. “Pir” qələbəsinin rezonansı ilə ABŞ-a dərs verdi populizmi ilə Türkiyə iqtisadiyyatını bir az da geriyə saldı. Son da necə deyərlər, isti qəlblər soyuq başlara məğlub oldu.

BVF-dan ucuzlu kreditlər al, milli istehsalı təşviq etmədən idxal mallarının ödənməsinin qarşı heç bir tədbir görmə,  kreditorların parası ilə rahat bir şəkildə “beton” iqtisadiyyatı qur, sonradan bahalı dollar qarşılığında borc asıllığında çabala. Daha sonra da özünə bəraət donu biç ki, Amerikanın gözü bizi götürmür və s.

Bəlli bir həqiqəti bilmək üçün Türkiyə iqtisadiyyatını eksperiment “dovşanına” çevirmək lazım idi ki? Bu aydın həqiqət ondan ibarətdir ki, ABŞ bir neçə il bundan qabaq azad insanların Amerikası idi, indi amerikalıların Amerikasıdır. Bu gerçəkliyi dərk etmək üçün nə Amerikapərəst olmaq lazımdır, nə də antiamerikan. Amerikanın güclü iqtisadiyyatı var. Dünya ÜDM-nin hər 4 dollarından 1 dolları ABŞ-a aiddir. Dünyada ticarətin 60% dollarla, 20% avro ilə, yerdə qalan 20% isə digər valyutalarla aparılırsa, bu zaman sənin dollardan imtinan lirənin dəyərini necə dəyərə mindirə bilər ki? Dünyanın valyuta bazarında gündəlik 5,1 trilyon dolların hərəkəti baş verirsə, bu zaman Türkiyənin hətta 200 milyard dollarının lirəyə çevrilməsi o bazara hansı təsiri göstərə bilər ki? 

Dünyanın bəzi bəlli reallıqları var ki, onları konkret olaraq söynənilən cavablar da deyil, suallarda tapmaq mümkündür. Onlardan birini Ərdoğanın da cavab tapması lazım: daş yumurtanın üzərinə yox, hətta yumurta daşın üstünə düşsə belə, daş əzilər, yoxsa yumurta? 

Cənab Ərdoğan uzun illər qardaş Türkiyədə hamını səbrli olmaq aurasına yünəltdi. Təkbaşına idarəçiliyin mənfi nəticələri üçün subyektiv nöqsanları bir kənara qoyub, obyektiv “əsaslar” axtarmağa başladı. “Hər şey yaxşı olacaq” səbr resepti ilə yola çıxaraq insanları hər cür rəzalətə dözən dözümlü kütləyə çevirməyə çalışdı. Halbuki Türkiyəyə nağıllardakı yalançı “sabahlar” yox, gerçəkçi “bu günlər” lazımdır. Dünyanın ən zəngin (”Forbes”in hesablamalarına görə, likvid sərvətinin həcmi mlrd. 100 dollar) və daha çox mütailəsi olan ağıllı investorlarından olan Uorren Baffetin düşündürücü bir fikri var: “Mükəmməl nəticəyə ümid etməkdənsə, yaxşı nəticəyə əmin olmaq daha yaxşıdır.”

Məmməd Talıblı

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti