Huseyncilar organization visited the grave of the Martyr Haji Gasim Suleiman. https://www.islamtimes.org/
Hüseynün: İranın Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən yeni hərəkatı
Sıxılmış yumruğun fərqləndirici simvolu bütün dünyada müxtəlif inqilabi, sosial və siyasi hərəkətlərin sinonimi olub. Hücum tüfəngini sıxan yumruğun təsviri adətən İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və digər ölkələrdə dəstəklənən silahlı hərəkatlarla - Livanda "Hizbullah", Yəməndə "Ənsar Allah" (husitlər), əfqan və pakistanlı şiə yaraqlılardan ibarət Fatimənün və Zeynəbinün hərəkatları ilə assosiasiya edilir. Buna baxmayaraq, əksəriyyətini şiələrin təşkil etdiyi Azərbaycanla sıra genişləndirilib.
İranla qonşu Azərbaycan arasında gərginliyin artması fonunda İİKK tərəfdarlarının sosial şəbəkələrdəki bir neçə akkauntunda bildirilib ki, Cənubi Qafqaz respublikasında yeni elan olunmuş müqavimət fraksiyası - "Hüseynün" yaranıb. Eyni zamanda bu qrup haqqında demək olar ki, heç nə məlum deyil – çox güman ki, 2019 – cu ildə Suriya münaqişəsi zamanı formalaşıb və yalnız bu yaxınlarda rəsmən aktivləşib –“Hüseynün” sarı və yaşıl rəng koordinasiyası və hücum tüfəngi də daxil olmaqla, "Müqavimət mehvəri" kimi tanınan İslam Respublikası ilə ittifaqdakı digər qruplaşmaların bütün əsas fərqləndirici cəhətlərini daşıyır.
Hadisələrin bu cür inkişafı resurslarla zəngin ölkədə daxili təhlükəsizliyə və siyasi qeyri-sabitliyə gətirib çıxara bilər, baxmayaraq ki, ölkə əhalisinin əksəriyyəti şiədir, uzun sovet idarəçiliyi illərindən sonra hələ də xeyli dərəcədə dünyəvidir. İndiki hökumətin İsrailin yaxın və mühüm müttəfiqi, Türkiyə üçün qardaş ölkə olması da olduqca mühümdür. Tehran bundan öncə də öz inqilabını Azərbaycana ixrac etməyə çalışsa da, heç vaxt böyük uğur qazanmayıb. Məsələn, respublikanın elan edildiyi vaxtda, 1991-ci ildə yaradılmış Azərbaycan İslam Partiyası (AİP) dörd il sonra buraxılıb. O, hökumətin devrilməsi və ölkənin İslam Respublikasına çevrilməsi məqsədilə İran tərəfindən gizli maliyyələşdirilməkdə ittiham olunub. Partiya bir neçə il fəal olaraq qalıb və 2011-ci ildə partiya lideri Mövsüm Səmədovun həbsi onun kulminasiyası olub.
Bununlə belə, İsrailin Meir Amit adına Kəşfiyyat və Terrorizm İnformasiya Mərkəzinin (İTİC) məlumatına görə, İİKK "Qüds" qüvvələri Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir. Ölkə müstəqillik əldə etdikdən sonra Qüds Qüvvələri "Azərbaycan rejiminə qarşı pozuculuq fəaliyyətilə məşğul olurdular. İranın məqsədləri Azərbaycanda sabitliyi pozmaq, onun rejimini ölkənin dünyəvi xarakterini dəyişməyə məcbur etmək, onun qərbyönlü oriyentasiyasını dəyişmək və İsraillə yaxşı münasibətlərinə xələl gətirməkdən ibarətdir".
AİP-in bəzi keçmiş üzvləri də 1993-cü ildən İrandan silahla və maliyyələşmə yolu ilə ölkədə mövcud olan Azərbaycan “Hizbullah”ına və 1995-ci ildə yaradılmış, bir dəfə ABŞ-ın Bakıdakı səfirliyinə hücum planlaşdırmış "Ceyş Allah"a daxil olublar.
Praqmatik nöqteyi-nəzərdən İran Azərbaycan millətçiliyini öz daxili işlərinə təhlükə kimi qəbul edir ki, bu da onun Şimali Azərbaycan əyalətindəki çoxsaylı azərbaycanlı etnik azlıqla əlaqədardır. Bakı ilə əlaqələri saxlayan İran Azərbaycanın mənfur düşməni Ermənistana daha çox dəstəkçi kimi qəbul edilir. Məhz bu səbəblərdən İran bilir ki, bir vaxtlar Fars imperiyası və Qacar İranının bir hissəsi olan qonşusu ilə münasibətlərdə ehtiyatlı olmalıdır. İran ötən il Dağlıq Qarabağda müharibə zamanı qüvvələr balansının sonuncunun xeyrinə dəyişdiyi zaman Türkiyə və Rusiyanın vasitəçiliyilə Ermənistanla Azərbaycan arasında əldə olunmuş atəşkəs razılaşması nöqteyi-nəzərindən ən böyük uduzmuş tərəf kimi nəzərdən keçirilib.
Bununla belə, İsrailin Azərbaycanla hərbi və siyasi münasibətləri vasitəsilə İranın sərhədlərinə yaxınlaşmasının getdikcə artması daha çox narahatlıq doğurur. Bununla əlaqədar bu həftənin əvvəlində İran bildirib ki, regionda istənilən geosiyasi dəyişikliyə razı olmayacaq və onun qarşısını alacaq. Türkiyənin dəstəklədiyi suriyalı muzdluların Azərbaycanda yerləşdirilməsilə bağlı narahatlıq da var ki, bu da ötən il münaqişə zamanı hadisəyə çevrilmişdi.
Ötən ay Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimlərindən sonra İranın sərhəd yaxınlığında həyata keçirdiyi hərbi təlimlərin müasir diplomatiyanın öhdəsindən gələ bilməyəcəyi hər hansı eskalasiyaya səbəb olacağı az ağlabatandır. Lakin İranın strateji düşüncə və xarici siyasətindən görünür ki, bu cür təzahürlər qabaqlayıcı amil kimi çıxış etmək, yaxud İranın maraqlarını və onun sərhədlərini xarici düşmən ünsürlərdən müdafiə etmək üçün kifayət deyil.
Beləliklə, Tehran müəyyən edə bilər ki, o, “Müqavimət mehvəri”nin himayəsi altında pozucu müxalifət qruplarının maliyyələşdirilməsi və ya silahlı qruplaşmaların dəstəklənməsi istiqamətində ardıcıl və effektiv siyasətə əsaslanır. Məsələn, 2012-ci ildə Azərbaycan hakimiyyəti İİKK-nin nəzarət etdiyi qanunsuz şəbəkənin 22 üzvünü mühakimə edib. Onlar İsrail və Qərb hədəflərinə terror hüvumlarının törədilməsi məqsədilə sövdələşmədə təqsirli biliniblər. İraq ilə yanaşı, əhalisinin əksəriyyəti şiə olan Azərbaycan İranın digər ölkələrdə iştirakı ilə müqayisədə, həm də ölkədə dinə proqressiv münasibətlə əlaqədar unikal olardı.
Bununla belə, görünür, İranın maraqlarına uyğun olaraq aktiv cəlbetmə baş verib, dini və siyasi əhval-ruhiyyə əlbəttə ki, monolit deyil. Bu ilin əvvəlində sosial şəbəkələrdə yayılan və tarixi qeyd olunmayan bir videoda göstərilib ki, iki azərbaycanlı əsgər İranın ali lideri ayətullah Seyid Əli Xameneiyə sadiqliyini ifadə edərək ABŞ və İsrailin bayraqlarını yandırır. Azərbaycanda Tehran tərəfindən təxribat kimi qəbul edilən istənilən hərəkətlər ümumqəbuledilmiş anlamda münaqişəyə gətirib çıxara bilməz, lakin "Hüseynün"ün meydana çıxması onun göstəricisidir ki, İran Qafqaz sərhəddi vasitəsilə öz düşmənlərinə qarşı qeyri-ənənəvi yollarla mübarizə aparmaq variantlarına malikdir.
Rəy yaz