Foto: Pixabay
Delikat analitiklər dəqiqləşdirmədən qeyd edirlər ki, müharibə üçüncü (yəni, bilavasitə münaqişəyə cəlb edilməmiş) tərəfə sərfəlidir. Əgər bu, çox güman ki, işlərin real vəziyyətinə uyğun gəlirsə, “üçüncü tərəf"in yerini tutmaq iddiasında olanın kim olduğunu və bu (qeyri)-adi yarışmanın iştirakçılarının maraqlarının nədən ibarət olduğunu aydınlaşdırmaq pis olmazdı.
Əgər cəlb olunma üzrə mühakimə yürütsək, hələlik daha çox fəallıq (kimi əməldə, kimi sözdə) Rusiya və Türkiyə tərəfindən göstərilir. Moskvanın götürdüyü pauza nəinki təəccüb doğurur, həm də ehtiyatlı olmağa çağırır, çünki bu, ən gözlənilməz şəkildə kəsilə bilər. Lakin o qədər də gözlənilməz deyil, belə ki, Rusiya KİV-ləri müharibənin dayandırılması ilə bağlı ən müxtəlif “reseptlər”i təkrarlayırlar və istehsal edirlər. Məsələn, siyasi ekssentrik V. Jirinovski Dağlıq Qarabağı Rusiyaya birləşdirməyi təklif edir. Onun fikrincə, bunun ardınca Azərbaycan və Ermənistana çatmaq olar. Anneksiyaya mümkün reaksiya məsələsində daha irəli gedənlər münaqişə regionuna “sülhməramlı” desantın çıxarılması ilə kifayətlənməyi təklif edirlər. Regional Problemlər İnstitutunun baş direktoru Dmitri Juravlyovun fikri belədir. O güman edir ki, əgər təmas xəttində sülhməramlılar olarsa, bu, məhz ATƏT-in xətti üzrə mandatla rusiyalı sülhməramlılar olmalıdır. Hərbi ekspert, “Arsenal Oteçestva” jurnalının redaktoru Aleksey Leonkov onunla həmrəydir. O bəyan edir ki, Azərbaycanın məqsədi bütün Cenevrə konvensiyalarına məhəl qoymayaraq əraziləri ermənilərdən azad etməkdir. Ona görə də Rusiya sülhə vadaretmə üzrə aktiv tədbirlərə əl atmalıdır.
Geostrateji Problemlər Akademiyasının hərbi ekspertləri hesab edirlər ki, əgər vəziyyət Ermənistanın tamamilə dağılmasına aparıb çıxarsa, Rusiya onun tərəfində çıxış edəcək. Əvvəlki müharibələrin təcrübəsi əsasında qeyd edirlər ki, yüksək hərbi potensialla Azərbaycan komanda heyətinin operativ-taktiki və strateji hazırlığı, mənəvi-psixoloji potensial baxımından Ermənistandan geri qalır. Hər halda uzun sürən müharibə, resurs müharibəsi Ermənistana qarşıdır. Bu proqnoz iyul ayında verilmişdi və o, sentyabrda başlayan genişmiqyaslı müharibəni səhvən inkar etdi.
Bütün təkliflər sadalamaq olmur, lakin onların əksəriyyəti “Zaqafqaziyada Rusiyanın ənənəvi maraqlarına” əməl olunması kontekstində formalaşır.
Bu maraqların kontekstində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, regiona “Cəbhat ən-Nusra”, “Firkat Həmzə”, “Sultan Murad” terror təşkilatlarından, həmçinin ekstremist kürd qruplaşmalarından yaraqlılar cəlb olunur. O, yaraqlıların kimin tərəfində döyüşdüyünü və onların xidmətlərini kimin maliyyələşdirdiyini dəqiqləşdirməyib. “Zaqafqaziyanın beynəlxalq terror təşkilatları üçün yeni platsdarma çevrilməyə qadir olması bizi narahat etməyə bilməz. Oradan yaraqlılar Azərbaycan və Ermənistanla həmsərhəd dövlətlərə, o cümlədən Rusiyaya keçə bilər”. Onun sözlərinə görə, söhbət hərbi əməliyyatlarda iştirak etməyi planlaşdıran “minlərlə radikal”dan gedir.
Bəs “xalqın rəyi” ilə bağlı vəziyyət necədir? Sıravi rusiyalı uzaq müharibə haqda nə düşünür?
Rusiyanın “Vzqlyad” işgüzar qəzeti 48737 nəfərin iştirakı ilə “Rusiya indi kimi dəstəkləməlidir?” mövzusunda sosioloji sorğu keçirib. Qəzet (redaktor Anton Vayno) RF Prezident Administrasiyası nəzdində “Sosial Araşdırmalar Ekspert İnstitutu” tərəfindən nəşr olunur.
Nəticə belədir: Azərbaycan -22,12%, Ermənistan - 19,64%, “tərəflərdən heç biri” - 58,24%. Bakı və Yerevana verilən səslər, çox güman ki, əsasən Rusiyaya yaşamağa və çalışmağa gedən qafqazlılara məxsusdur. Amma rusiyalı “izolyasionistlər”in ciddi sayını nə ilə izah etmək olar? İnsan tələfatını özgə müharibənin altarına aparmamaq istəyi tamamilə təbiidir, ancaq bununla məsələ kifayətlənmir: son iki ildə təbliğat “parçalanmış” Gürcüstanın izi ilə gedən Ermənistanın yeni hakimiyyətinin rusofobiya xarakterini gücləndirib. Bu gün bülbül cəh-cəhləri Azərbaycan qulağı üçün qeyri-adi səslənir: Paşinyan sanki münaqişəyə Rusiyadan çox, ABŞ-ı cəlb etməyə çalışır, ümumiyyətlə, son zamanlar Yerevan Qərbə tərəfə gedir.
Daha açıq həmfikirlər iddia edirlər ki, Rusiya Ermənistanı dəstəkləməklə Azərbaycanın timsalında sadiq və sabit tərəfdaşını itirir. Doğrudur, rəsmi Kiyev vəziyyəti bir qədər korlayıb və Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə əməl etməyi tələb edib.
Rusiya mənbəyi “Meduza” hesab edir ki, münaqişə ilə bağlı Rusiyanın mövqeyi ikilidir. Moskva KTMT çərçivəsində Yerevanla öhdəliklərlə bağlıdır və eyni zamanda Rusiya ilə kifayət qədər yaxşı münasibətlərə malik Qarabağda münaqişənin həlli üzrə danışıqlarda (əsas yekunları Ermənistanı qane edən, Azərbaycan üçün məqbul olmayan status-kvonun saxlanmasıdır) əsas mediator olaraq qalır. “Bütün bunlar münaqişənin inkişafına müəyyən məhdudiyyətlər qoyur. Ermənistan DQR-a yardım üçün öz ərazisində maneəsiz qüvvə toplaya bilər, Azərbaycan isə (və onun müttəfiqi Türkiyə) praktik olaraq buna əngəl olmağa qadir deyil” (Meduza 29.09.20).
Bu informasiya mənbəyinin fikrincə, Türkiyə özünün çoxplanlı oyununu oynayır, indiki halda Yaxın Şərq və Cənubi Qafqazda problemlərini əhatə etməklə və sonrakı hədəf Mərkəzi Asiyanın türkdilli dövlətləridir. Burada məqsəd Azərbaycanın əsas tərəfdaşı kimi Rusiyanın yerini tutmağa, neft, qaz və kommunikasiya marşrutlarının təhlükəsizliyinin təminatına və bununla da Rusiyanın enerji təchizatından asılılığın azaldılmasına yönəlib; Dağlıq Qarabağda münaqişəyə (Suriya və Liviya ilə yanaşı) daxil olma Rusiya-Türkiyə hərbi-strateji münasibətlərinin gündəmindədir.
MDBMİ-nin Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin baş elmi işçisi Vadim Muxanov hesab edir ki, “bugünkü döyüşlərin spontan və kortəbiiliyi barədə danışmaq lazım deyil”, çünki bu, əvvəlcədən planlaşdırılmış əməliyyatdır. Onun sözlərinə görə, əgər münaqişə ciddi xarici təzyiqlə dayandırılmasa, uzanacaq və bu, Şimali Qafqazı bürüyəcək fəlakətə çevriləcək, Rusiya və Türkiyə də daxil olmaqla, bütün nəhəng oyunçuları əhatə edəcək. Odur ki, həm Yerevanla, həm də Bakı ilə yaxşı münasibətləri olan Rusiya digər beynəlxalq oyunçulardan dəstək alaraq ondan asılı olan tərəfləri danışıqlar masası arxasına oturtmalıdır.
Amma baş verən hadisələrdən sonra Azərbaycan və Ermənistan liderləri nə haqda danışa bilərlər? Azərbaycan prezidenti İlham Əliyev münaqişə ilə bağlı Rusiyanın mövqeyini “müsbət” və “təmkinli” adlandırır. Bu gün Rusiya özünü “böyük və məsuliyyətli ölkə” kimi aparır. Azərbaycan tərəfi hərbi əməliyyatların dayandırılmasında şərt kimi Ermənistanın işğalçı qoşunlarının çıxarılması üçün beynəlxalq zəmanətlə təsdiqlənmiş qrafiki təqdim etməyi tələb edir. Nikol Paşinyan ilkin şərt olmadan hərbi əməliyyatların dayandırılmasını istərdi, lakin bununla yanaşı Azərbaycan şəhərlərinə zərbələr endirmək üçün əmr verir və ritorikanı sərtləşdirir. “Tanınmamış Dağlıq Qarabağ Respublikası ordusunun “düşmənin arxa cəbhəsində ən mühüm hərbi infrastrukturlara güclü zərbələr endirməyə başlaması haqda” bəyanatlar qətiyyən inandırıcı görünmür. Birbaşa sübutlar var ki, Azərbaycana yönəlmiş raketlərin buraxılması məhz Ermənistan ərazisindən həyata keçirilib. Ermənistan baş nazirinin yeni ritorikasına gəlincə, bu, Almaniyanın “Bild” qəzetinə müsahibəsində özünü tam büruzə verib. “Dağlıq Qarabağ və Ermənistan iki sivilizasiyanı ayıran cəbhə xəttinə çevrilib. Cənubi Qafqaz erməniləri Türkiyənin şimal, şərq və cənub-şərqə ekspansiyası yolunda son maneədir. Türkiyə öz köhnə imperiyasını bərpa etməyə çalışır. Əgər dünya birliyi baş verənlərin geosiyasi əhəmiyyətini dəqiq dərk etmirsə, Avropa tezliklə Türkiyənin Vyananın yanında olacağını gözləməlidir”. Şübhə yoxdur ki, Qərb bu alarmist bəyanatları qəbul edərək əsl vəziyyət haqda informasiyaya malikdir, ondan öz maraqları üçün feyk xəbərlər kimi istifadə edir.
Hər halda ona diqqət yetirək ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəni alyans üzvü kimi “gərginliyin aradan qaldırılmasında öz nüfuzundan istifadə etməyə” çağırıb.
Belə təəssürat yaranır ki, ən yaxın vaxtlarda münaqişəyə cəlb olunmuş xarici qüvvələr tərəfindən daha konkret təşəbbüslər gözləmək lazımdır. Belə gözləntilərin səbəbi həm Azərbaycan ordusunun
Əli Abasov
Rəy yaz