kremlin.ru

kremlin.ru

Təkcə Əliyevin iki dövlət arasındakı münasibətlərə kölgə salmaq istəyən "üçüncü qüvvələrin", xüsusən Moskvadakı ermənilərin fitnələrindən gileylənməsi haqqında guya Rusiya diplomatik mənbələrindən Azərbaycanın hökumətyönlü resursuna sızan xəbər var.

Hər iki prezident iyulun 22-də əl sıxma mərasimində məsləhətləşmələrin mövzusu kimi ikitərəfli münasibətlər, dünya siyasəti və regional siyasət məsələlərini müəyyən ediblər. Məlum olduğu kimi, yekunlaşma mərhələsində olan regional layihələrə xüsusi diqqət yetirilib. Prezidentlər ictimaiyyət qarşısında onlardan bəhs etməsə də, məlumdur ki, söhbət işə salınma öncəsi mərhələdə olan Şimal-Cənub və Şərq-Qərb dəmir yolu dəhlizlərindən və indiyədək Moskvanın xeyir-duasını gözləyən Transxəzər qaz kəməri layihəsindən gedir. Və, əlbəttə ki, fikir mübadiləsinin əsas mövzularından biri Azərbaycanın Aİ ilə strateji tərəfdaşlığı haqqında hazırlanmaqda olan, imzalanması payıza planlaşdırılan saziş layihəsi olub.

Putin və Əliyevin görüşündən bir neçə gün əvvəl Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN və gömrük xidmətlərinin üçtərəfli məsləhətləşmələri keçirilib, onlar bütün Transxəzər kommunikasiya layihələrinin tezliklə işlə salınması zərurətini qeyd ediblər.

Rusiyanın sözünün həmişə xüsusi əhəmiyyət kəsb etdiyi bu həssas məsələdə hər üç iştirakçının xüsusi ehtiyatlılığını nəzərə alsaq, Moskvadan Qafqaz regionunda türk kooperasiyasına baxışın bir qədər dəyişdiyini deyə bilərik.

Bu gün Rusiyanın tranzit prosesinin hər üç iştirakçısı ilə stabil münasibətləri var və onların bir nöqtədə cəmləşməsi prinsipcə Moskva üçün səmərəli olmaya bilməz, xüsusən, Rusiya üçün qlobal olan təhlükələrin həlli fonunda. Onlar arasında birinci yeri iqtisadi böhran, Rusiyanın ənənəvi iqtisadi təsir sahələri tutur.

Putin-Əliyev işgüzar görüşü və türk üçlüyün Bakıdakı məsləhətləşmələri iyirmiliyin görüşündə Hamburqda Rusiya və ABŞ prezidentlərinin görüşündən təkan ala bilərdi, burada tərəflər, demək olar ki, bütün məsələlər üzrə razılıq və qarşılıqlı anlaşma olduğunu qeyd ediblər. Cənubi Qafqaz məsələsi, xüsusən Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi səviyyədə qərb birliyinə gələcək inteqrasiyasının daha yüksək səviyyədə olması məsələsi də mühüm rol oynayır.

Bu gün kooperasiyanın siyasi hissəsi Rusiyanın bu təmayülə mənfi münasibəti ilə əlaqədar daha az irəliləyib. Amma Tramp-Putin görüşündən sonra Moskvanın Azərbaycan və Ermənistanın Avropa İttifaqı ilə strateji münasibətlərinin qurulmasına razılıq verməsi haqqında məlumatlar göstərir ki, Kreml regionda öz maraqlarının təhlükəsizliyi ilə bağlı təminat alıb və Cənubi Qafqaz-Aİ münasibətləri heç vaxt Putin və onun ətrafı üçün başağrısı yaratmayacaq.

Tramp və Putinin Azərbaycan və regionla bağlı əldə etdikləri razılaşmalar haqqında daha ətraflı məlumatı Əliyev Hamburq sammitindən sonra İstanbula gələn, iyulun 10-da orada Azərbaycan prezidenti ilə görüşən, bir gün əvvəl prezident Erdoğanla gecə məsləhətləşmələri aparan ABŞ dövlət katibi Tillersondan ala bilərdi. Regional miqyasda gələcək addımların Tillersonla razılaşdırılmasından sonra Putinlə görüş qaçılmaz idi.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti