europarl.europ.eu

europarl.europ.eu

Qonşuluq siyasətinin (2004) davamı olan proqramın 2009-cu ildə start götürdüyü vaxtdan Avropa inteqrasiyasının “qaçış zolağı”na çıxmış   Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna Qərb istiqamətində irəliləyiş üzrə müxtəlif sürətlər nümayiş etdirdilər. İlk üçlük autsayderdə qaldı. Ermənistan və Azərbaycan Qarabağ uğrunda döyüşlərə girişdilər, insan hüquqlarının pozulmasına görə Brüsselin təzyiqlərinə məruz qalan Belarus bu ilin mayında proqrama üzvlüyünü dayandırdı. "Qaçış"ın liderləri Gürcüstan, Moldova və Ukrayna ayrılmaq qərarına gəldilər və bu ilin mayında inteqrasiya prosesini sürətləndirmək Avropa İttifaqı üzvlüyünə namizəd statusu almaq məqsədilə "Assosiativ trio" formalaşdırdılar.

Mişel Bakıda və Yerevanda “Şərq tərəfdaşlığı” proqramının üzvləri kimi Ermənistan və Azərbaycana Avropa tərəfdaşlığı çərçivəsində dayandırılmış dialoqun davam etdirilməsi məqsədilə vəziyyəti sabitləşdirməyə imkan verəcək üç aspektə diqqəti çəkib: 1) zorakılığın artmasının  qarşısının alınması və inam tədbirlərinin bəqrərar edilməsi üzrə tədbirlər, 2) nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan infrastruktur əməkdaşlığı, 3) sülh müqaviləsi üzərində iş.

Avropa İttifaqı həm proqram üzvləri, həm də Brüssel ilə altı dövlətin paytaxtı arasında pozulmuş hamar üfüqi münasibətlərin bu ilin dekabrına,  “Şərq tərəfdaşlığı” sammitinə qədər yenidən qurulmasında maraqlıdır. Əgər sammitin indi keçirilməsi məsələsi olsaydı, ziddiyyətlər səbəbindən bu, Ermənistanla Azərbaycan və Avropa İttifaqı ilə Belarus arasında mümkün olmazdı.

Bu şəraitdə prosesin liderlərinin - "Assosiativ trio" qrupunun üzərinə yardımçı rolunu oynamaq düşür. Bu ölkələrin  prezidentləri Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə Batumidə "Avropa İttifaqının cazibə qüvvəsi və regionun transformasiyası" beynəlxalq konfransında bəyannamə imzalayıblar. Bəyannamə Avropa İttifaqı üzvlüyünə nail olmağı və eyni zamanda “Şərq tərəfdaşlığı” proqramının xilası naminə yardımçı rolunu oynamağı nəzərdə tutur.  Ermənistan-Azərbaycan və Belarus-Avropa arasında indiki münasibətlərdə sammitin təşkili problemli görünür.

Mişelin Yerevan, Bakı və Batumidə apardığı danışıqlar zamanı dəyərlər, insan hüquqları, demokratiya barədə xatırlatmalarına baxmayaraq, əsas diqqətin əməkdaşlığın birləşdirici formalarına yetirilməsi də təsadüfü deyil. Və maraqlar baxımından tərəfdaşlığın heç bir üzvü bu əməkdaşlıq formalarından imtina edə bilməz:

1. nəqliyyat

2. energetika

3. rəqəmsal islahat

4. yaşıl iqisadiyyat

5. ədliyyə və daxili işlər

6. strateji kommunikasiyalar

7. səhiyyə

Əlbəttə ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının hər bir üzvü ilə ayrı-ayrılıqda ikitərəfli gündəliyi qalır. Məsələn, Moldova və Ukraynada korrpusiyaya qarşı mübarizə, Azərbaycan və Belarusda demokratikləşmə, Gürcüstan və Ermənistanda  hakimiyyət-müxalifət parlament dialoq.

Əslində, Mişelin Qafqaza səfəri daha çox sual yaradıb, nəinki “Şərq tərəfdaşlığı” böhranına cavab. Prezident Əliyev əvvəllər olduğu kimi, Avropanın enerji təhlükəsizliyinin saxlanması və TRASEKA nəqliyyat dəhlizinin inkişafı ilə kifayətlənməyə çalışır. Baş nazir Paşinyan ikinci dəfə seçildikdən sonra Ermənistanın Azərbaycana məğlub olması kontekstində ölkənin gələcəyilə bağlı müzakirələrə yüklənib. Prezident Lukaşenko sanksiyaların qalacağı təqdirdə Avropa “Şərq tərfdaşlığı”nın parçalanacağı ilə şantaj edir, "Assosiativ trio" isə gözlənilən Rusiya təhlükəsi qarşısında hərəkətlərini məhdudlaşdırıb.

Belə şəraitdə “Şərq tərəfdaşlığı”nın dekabr sammitinin perspektivi qaranlıq görünür. Hətta “Şərq tərəfdaşlığı”na sadiqliyini bəyan edən "Assosiativ trio" da Batumi bəyannaməsi ilə işarə edir ki, prosesin üç autsayderinin ballastından uzaqlaşmaq istəyir. Bəlkə də Avropa İttifaqı  üçün altıtərəfli formatdan iki üçtərəfli formata keçid daha real görünür və bu barədə, sadəcə, bu ilin payızında elan etmək lazım gələcək. Əks halda, Brüssel “Şərq tərəfdaşlığı”nın sammitini daha yaxşı vaxtlara qədər təxirə salmalı olacaq.

 

Rəy yaz

Avropa

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti