ARDNŞ-nın istiqrazlarını  vaxtından əvvəl girovdan çıxartmağı vəd edərək maliyyə təşkilatlarını onları  almağa məcbur etdilər

Ötən ayın ortalarında qiymətli kağızların təkrar bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) istiqrazlarına  tələbat kəskin surətdə artıb, özü də onları fiziki şəxslər alırlar. Bu xəbər PSG Capital İnvestisiya Şirkətinə istinadən Report  yayıb.

Ekspert dairələrində hesab edirlər ki, tələbatın ilkin bazarda, sonra isə təkrar bazarda da yüksək olduğu haqda rəsmi bəyanatlar süni tədbirlər və zəngin fantaziyanın bəhrəsidir. “Turan”ın bank dairələrindəki mənbələrinin məlumatına görə, ARDNŞ istiqrazlarına sahib olan fiziki şəxslərin payı çox azdır. "Dövlət Neft Şirkətinin istiqrazlarını maliyyə-kredit, sığorta və dövlət təşkilatları aldılar. Özü də bunu məcburi qaydada etdilər.

Məsələ bundadır ki, banklara 5% gəlirlikli istiqrazları almaq sərfəli deyil, çünki daha yüksək faizlə Mərkəzi Bankın not və depozitlərinə kapital qoyuluşu etmək daha təbii və əlverişlidir", — deyə mənbə bildirib.

Xatırladaq ki, bir qədər bundan əvvəl jurnalistlərlə söhbətində  ARDNŞ-nın qiymətli kağızların emissiyası üzrə baş müşaviri, SOCAR Capital MMC-nin Məşvərət Şurasının üzvü Əli Ağaoğlu Facebook sosial şəbəkəsində istiqrazların məcburi satışı barədə məlumatları təkzib etmişdi. Lakin bank dairələrindəki mənbələr və müstəqil ekspertlər israr edirlər ki, bu qiymətli kağızların alqı-satqı üzrə əqdlər könüllü deyildi.

"Azərbaycan Dövlət Neft Şirkətinin istiqrazlarını almağa, əsasən, dövlət qurumları və maliyyə təşkilatlarını məcbur etdilər. Rəsmi bəyanatlara rəğmən, fiziki şəxslərin payı çox azdır. Alıcılar haqda məlumatlar açıqlanmır", —  deyə  bank eksperti Əkrəm Həsənov “Turan”a bildirib. Bununla bərabər, Bakı Banklararası  Valyuta Birjasının (BBVB) müdiri Fərhad Əmirbəyovun məlumatına görə, bu informasiyaya yalnız Maliyyə Bazarları üzərində Nəzarət Palatası nəzdində fəaliyyət göstərən Mərkəzi Dеpozitor malikdir. "Artıq çoxdandır ki, qiymətli kağızlar maddisizləşdirilib, yəni onlar yalnız hesablarda yazılar kimi dövr edir. Sayımı Mərkəzi Depozitor aparır. Onların sahiblərinin kim olduğunu bilmirəm", — deyə  Əmirbəyov qeyd edib .

Xatırladaq ki, istiqraz emissiyasının ümumi həcmi $ 100 mln., gəlirliliyi 5% təşkil edir. Ona görə də $100 mln. məbləğində emissiya üzrə rüblük ödənişlər $ 1,25 mln., illik ödənişlər isə $5 mln.-a bərabərdir.  Müqayisə üçün: AMB-nin son depozit hərracında orta ölçülmüş faiz  dərəcəsi  12,98% təşkil edib. Və onun 13%-ə çökdüyünə baxmayaraq, tələbat, adəti üzrə, cəlbetmə üçün sifarişlərdən çox olub. Belə ki, hərraca 150 mln. manat həcmində cəlbetmə sifarişı çıxarılmışdı, iştirakçılar tərəfindən tələbat isə 274,9 mln. manat təşkil edirdi. İştirak ərizəsində Mərkəzi Bank 12,01-14,99% faiz dərəcəsini nəzərdə tuturdu.

Bundan əlavə, AMB-nin 25 mln. manat məbləğində qısamüddətli notlarının tədavül müddəti 28 gün olaraq yerləşdirilməsi üzrə hərracda ölkənin baş bankı notların 90%-ni satib. Bu zaman 21,81 mln. manatlıq sifarişləri üç investor verib. Rəqabətli sifariş üzrə kəsmə (endirim) qiyməti 98,8472 manat (14,9945% gəlirlilik ilə) məbləğində təyin edilib, Mərkəzi Bank tərəfindən orta ölçülmüş qiymət də  98,8788 manat (14,5788%) həcmində müəyyən edilib. Bütün bunlar son vaxtlar depozit  və notlarının ölkənin bank sektoru üçün yeganə qazanc mənbəyi olduğu Mərkəzi Bankın təklifinin daha sərfəli olduğunu  göstərir.  Malik olduqları vəsaiti ARDNŞ-nın dövlətin  onlar üzrə heç bir zəmanət vermədiyi istiqrazlarına yerləşdirmək  banklara sərf etmir.

Bu arada, SOCAR Capital MMC-nin Məşvərət Şurasının üzvü Əli Ağaoğlu bildirib ki, ilkin bazarda istiqrazlar çox qısa müddətdə satılıb — cəmi üç həftə ərzində. "Bundan başqa, – onun sözlərinə görə, – əgər qiymətli kağızlar $100 mln. məbləğində buraxılmışdısa, ərizələrin ümumi həcmi $ 203 mln. 604 min təşkil edib. Yəni tələbat təklifdən iki dəfə çox olub".   

Lakin təkrar bazarda tələbatın artması haqında sonrakı bəyanat əvvəlki bəyanata ziddir. Məlumata görə, aprelin 18-dən 21-dək şirkətə istiqrazların  alınması üçün  çoxsaylı, əsasən, fiziki şəxslərdən sorğular daxil olub və bu proses davam edir. Nəticədə 4 gün ərzində investisiya şirkətləri  təkcə  fiziki şəxslərə $796 min dəyərində istiqraz  satıb.

Belə bir sual doğur:  nə üçün onlara tələbatın yüksək olduğu istiqrazlar kütləvi şəkildə təkrarən satılır? Bu hadisənin digər mühüm məqamı:    istiqraz sahibləri qoyduqları vəsaiti geri qaytara biləcəklərmi?

"Bu ilin əvvəlində Dövlət Neft Şirkəti təkrar bazarı fəal surətdə reklam  etməyə başladı. Bu, görünməmiş haldır. Məsələ bundadır ki, ifiziki şəxslər üçün nəzərdə tutulmuş istiqrazlar payızın əvvəlində əhali tərəfindən alınmadı, ona görə də məcburi qaydada şirkətlərə satıldı. Yəni ki, “sonradan girovdan çıxarılması şərtilə ilkin bazarda alın”. Sadə dildə desək, ARDNŞ bu istiqrazların sahiblərini onları bu qiymətli kağızlardan xilas edəcəyini vəd edib. Təkrar bazarda tələbatın  artmasının səbəbi də budur və onun formalaşmasında fiziki şəxslərin rolu çox azdır. Ən əsası, emissiya prospektində deyildiyi kimi,  ARDNŞ 5 il müddəti başa çatmamış istiqrazl girovdan çıxartmamalıdır.  Lakin şifahi olaraq onları almağa hazır olduğunu deyir", – deyə  Həsənov izah edib .

İstiqrazların etibarlılıq dərəcəsindən danışarkən, qeyd etmək lazımdır ki, dövlət, müsahibimizin  hesab etdiyi kimi, üstəlik böyük xarici  borcları olan emitentin öhdəlikləri üzrə məsuliyyət daşımır. "Mən  israr  etmirəm ki, pullar batacaq, amma risk vardır, çünki ARDNŞ sonradan səlahiyyətlərin ötürülməsi ilə bağlanması hər an mümkün olan adi dövlət şirkətidir. Dövlətimiz ARDNŞ-nın kreditlərinə  cavabdeh deyil. Qiymətli kağızlar bazarının fəallaşması barədə rəsmi bəyanatlara baxmayaraq,  istiqraz buraxılışının əsl səbəbi  Dövlət Neft Şirkətinin xarici kreditorlar qarşısında borc öhdəliklərinin olmasıdır. Üstəlik xarici kreditlər üzrə dərəcələr istiqrazlar üzrə faiz ödənişlərindən  xeyli çoxdur", – ekspert fikrini tamamlayıb. 0-

Rəy yaz

Bazarların icmalı

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti