Son yenilənmə

(22 d. əvvəl)
irna.ir

irna.ir

***

- İdlib məsələsini müzakirə etmək məqsədi ilə bu gün Tehranda başlayan Rusiya-İran-Türkiyə zirvə toplantısından nə gözləyirsiniz?

Nihat Əli Özcan- Bu, dövlət başçılarının daha əvvəl keçirdikləri zirvə toplantılarının davamıdır. Suriya probleminin həllində ən mühüm düyün nöqtəsi olan İdlib məsələsinin müzakirəsi bölgə üçün böyük əhəmiyyət daşıyır. Suriya rejiminə və Əsədə münasibətdə Rusiya və İranın mövqeləri Türkiyənin mövqeyindən fərqlidir. Türkiyə İdlibdə hərbi əməliyyatların keçirilməsinin yerinə, silahsız qrupların oradan uzaqlaşdırılmasını və silahlılar arasından mülayimlərin seçilərək cəmiyyətə inteqrasiya edilməsini istəyir. Rusiya və İranın dəstəklədiyi Suriya dövlət ordusu isə İdlibi bombardmana tutaraq ölkənin ərazi bütövlüyünü tamamilə təmin etməyə çalışır. Bu vəziyyət həm Əsəd, həm də İdlibdəki qruplar baxımından həlledici əhəmiyyətə malikdir. Çünki ölkə torpaqlarının 95%-ni azad edən Əsədin mühüm strateji nöqtə olan İdlibi təmizləməməsi onun indiyə qədər əldə etdiyi nəticələrə kölgə salacaq. Belə bir vəziyyət Rusiyanın da Suriyada əldə etdiyi uğurları sual altına alacağına görə Moskva da həlledici atmaqda qərarlı görünür. Hazırda Suriya meydanında olmayan Qərb ölkələri prosesləri yaxından izləyərək Əsədin kimyəvi silahdan istifadə edəcəyini iddia edirlər. Bu, hər şeydən əvvəl Rusiya prezidenti Vladimir Putini çətin vəziyyətdə qoymaq üçün hesablanmış bir təzyiq vasitəsidir. Tehran zirvə toplantısının nəticələrini yaxın günlərdə görəcəyik. Əgər siyasi səviyyədə qəbul edilən qərarlar praktiki şəkildə həyata keçirilməsə, demək ki, liderlər arasında lazımi konsensus əldə edilməyib. Suriya dövlət ordusunun yaxın günlərdə İdlibə planlaşdırdığı hərbi əməliyyatilə bağlı mənim fikrim bundan ibarətdir: Rusiya dəstəkli Əsəd ordusu İdlibdə əvvəlcədən müəyyənləşdirilmiş hədəfləri vuracaq və əməliyyatda mülki şəxslərin az zərər görməsinə çalışacaq. Yəni, məhəllə əməliyyatları keçiriləcək.

- Bir neçə ay əvvəl Qərb ölkələri Suriya ordusunun Şərqi Quta bölgəsindəki əməliyyatlarda kimyəvi silahdan istifadə etdiyini qəti şəkildə iddia etsələr də "İndependent" qəzetinin Orta Şərqi ən yaxşı bilən müxbiri Robert Fiskin xəstəxanalara gedərək insanların oraya bölgədəki tozdan zəhərlənərək yerləşdirildiyini yazmasından sonra kimyəvi silah iddiası gündəmdən düşdü. Suriya və Rusiya isə hazırda İdlibdə kimyəvi silahın oradakı cihadçı qruplarda olduğunu deyir. Sizcə, silah kimdədir?

- Bir müddət əvvəl BMT müşahidəçilərinin iştirakı ilə Əsəd öz əlindəki kimyəvi silahları təhvil verdi və o silahların bir hissəsi okeandakı bir gəmidə yandırıldı. Ancaq bu, Əsədin əlində kimyəvi silahın qalmadığı mənasını daşımır. İdlibdəki cihadçı qrupların əlində də kimyəvi silah ola bilər və onlar özlərinin son həmlələri kimi o silahdan istifadə edə bilər. İndi orada "kimyəvi silah" məfhumu müharibədən çox, psixoloji təzyiq vasitəsidir. Qərb bütün psixoloji vasitələrdən istifadə edərək Rusiya prezidenti Vladimir Putinin Suriyada qazandığı zəfərə kölgə salmaq istəyir və "kimyəvi silah" məfhumunun daim gündəmdə saxlanmasının bir məqsədi də budur. Unutmayaq ki, söhbət asimetrik mübarizədən getdiyinə görə tərəflərin bir-birini ən rəhmsiz şəkildə günahlandırmasının da heç bir sərhədi yoxdur.

- Tehran zirvə toplantısında razılıq əldə edilməsə, Türkiyə öz siyasətini hansı məcraya yönəltməlidir? Ankara son zamanlarda bombardman nəticəsində İdlibdə baş verə biləcək faciələri və yeni qaçqınlar dalğasını dünyanın gündəmində tutmağa çalışır.

- BMT Təhlükəsizlik Şurası İdlibdəki əsas cihadçı qüvvə olan Heyəti-təhriri-Şam qrupunu terrorçu elan edibsə Türkiyənin onları "mülayim" adlandırmasından söhbət gedə bilməzdi. Necə ki Ankara da o cihadçı qrupu "terrorçu" kimi tanıdı və indi onlara qarşı mübarizə aparmaq məcburiyyətindədir. Mən Tehranda siyasi konsensus əldə ediləcəyinə inanıram. Ondan sonra İdlib məhəllələrə bölünəcək, mülki şəxslər başqa məhəllələrə aparılacaq, təhlükəsiz bölgələr elan ediləcək, yerdə qalan cihadçı qruplara qarşı hərbi əməliyyatlar keçiriləcək.

-Bəs İdlib məsələsinə dair konsensus əldə edilməsə, Türkiyənin Suriyadakı hərbi varlığı necə olacaq?

- Razılaşma əldə edilməməsi halında Suriyadakı varlığını "Azad Suriya Ordusu" ilə birlikdə davam etdirən Ankara üçün vəziyyət çətinləşəcək. Çünki İdlib məsələsi Rusiya üçün həyati dərəcədə əhəmiyyət kəsb edir. O məsələdə Ankara ilə Moskva əməkdaşlıq zəmini yarada bilməsə, Suriya torpaqları tamamilə azad ediləndən sonra Türkiyənin oradakı varlığı da sorğu-suala çəkilə bilər. Bu isə Suriyada ABŞ-ın dəstək verdiyi kürd qruplarının işinə yarayacaq. Ona görə Ankaranın hər şeyi sərrast ölçüb-biçdiyinə inanıram.

Rəy yaz

Böyük Şərq

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti