100-dən çox dövlət başçısı Olimpiadanın açılışında iştirak etmək üçün Londona gəlib
İyulun 26-da prezident İlham Əliyev Londona gedib. O XXX Yay Olimpiya Oyunlarının açılışında iştirak edəcək.
100-dən çox dövlət və hökumət başçısı Böyük Britaniyanın paytaxtına gəlməkdədir. Onlar oyunların açılışı münasibətilə təntənəli tədbirdə iştirak edəcəklər.
Açılış mərasiminin ssenarisinə gəlincə, quruluşun müəllifi “Xarabalıqdan çıxmış milyonçu” filminin rejissoru Deni Boyldur.
“Möcüzələr adası” adlanan tamaşa 42 milyon dollara başa gəlib. Bu, Böyük Britaniyanın tarixi haqqında hekayədir. Təşkilatçılar miqyaslı xüsusi effekt vəd edirlər. Finalda Pol Makkartni çıxış edəcək.
Mərasim yeni, 80 min nəfərlik stadionda keçiriləcək. Oyunları Böyük Britaniya kraliçası II Yelizaveta açacaq.
Londondan birbaşa yayım Bakı vaxtı ilə gecə saat 1-də başlayacaq.
* Olimpiada ərəfəsində bir sıra qalmaqallar baş verib. Belə ki, İran oyunların loqotipinin dəyişdirilməsini tələb edib. Tehran bunu rasist və sionist kimi qiymətləndirib. Lakin bu iradlar qəbul olunmayıb. Amma İran öz komandasını Londona göndərib.
Argentina prezidenti Folklend adaları ilə bağlı Böyük Britaniya ilə çoxdankı mübahisəyə görə Olimpiadaya səfərdən nümayişkaranə şəkildə imtina edib.
Belarus prezidenti Olimpiadaya buraxılmayıb. Belə ki, şəxsən ona və onun ölkəsinə qarşı Avropa İttifaqının sanksiyası var.
İyulun 25-də KXDR-Kolumbiya futbol matçında səhvən Cənubi Koreyanın bayrağı qaldırılıb. Bundan sonra oyunların administrasiyası üzr istəyib.
Olimpiada ərəfəsində Qərb telekanallarında idmançıların qoxusunu neytrallaşdıran dezodorantın reklamı göstərilib. Dezodorantın effektivliyini Azərbaycanın güləş üzrə yığma komandası nümayiş. etdirib ki, bu da bəzi ölkələrin nümayəndələrinin narazılığına səbəb olub. -02D-
-
- Söz istəyirəm
- 27 İyul 2012 13:04
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz