Aztelecom

Aztelecom

Avqustun 15-də axşam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan “Aztelecom” dövlət telekommunikasiya provayderi davam edən antiinhisar araşdırmalarına baxmayaraq, qiqabit passiv optik şəbəkə (GPON) xidmətlərinin tariflərini artırıb.

“Aztelecom” özünün aztelekom.az veb saytını yeni qiymətlərlə yeniləyib ki, bu da istehlakçılara təqdim olunan minimum internet sürətini əhəmiyyətli dərəcədə artırıb. Yenidən nəzərdən keçirilmiş tariflərə əsasən, minimum trafik sürəti 40 Mbit/s-dən 100 Mbit/s-ə yüksəlib. İndi istehlakçılar ayda 100 Mbit/s üçün 25 manat, 150 Mbit/s-ə 30 manat və 250 Mbit/s-ə 36 manat ödəyəcəklər. Bundan əvvəl 40 Mbit/s sürətli ən aşağı paket 18 manata başa gəlirdi.

Elan Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yoxlaması fonunda verilib. Avqustun 14-də agentlik “Aztelecom” və “Baktelecom” dövlət telekommunikasiya provayderlərinin  tətbiq etdikləri  qiymət dəyişikliklərinin yoxlanılmasına  başlayıb. Araşdırmada məqsəd provayderlərin hərəkətlərinin Rəqabət Məcəlləsinə  uyğun olub- olmadığını və yeni tariflərin hüquq normalarına uyğun  tətbiq edilib-edilmədiyini müəyyən etməkdir.

Araşdırma barədə qərar sahə üzrə ekspertlərin tənqidlərindən sonra qəbul edilib. Onlar dövlət provayderlərinin birtərəfli hərəkətlərindən narahatlıqlarını bildiriblər.  “Aztelecom”un qiymət artımı Azərbaycanın telekommunikasiya bazarında inhisarçı nəzarətilə bağlı narahatlığı artırıb, istehlakçıların hüquqlarının müdafiəsi və bazarın şəffaflığı məsələlərini ön plana çıxarıb.

Araşdırma davam etdiyi üçün onun nəticəsi Azərbaycanın  inkişaf edən rəqəmsal məkanında qiymət siyasətinin tənzimlənməsinə dair presedent yarada bilər.

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti