Baş Prokurorluq qanunsuz dərman idxalı aşkar etdiyini bildirir
Bakı/30.04.18/Turan: Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 11 ünvana, o cümlədən "Sanimed" və "Epidbiomed" MMC-lərə baxış keçirib.
Bu haqda Baş Prokurorluğun aprelin 30-da yaydığı məlumatda deyilir.
Məlumata görə, axtarış hər iki şirkətin inzibati binalarını, anbarları, aptekləri, yaşadıqları mənzilləri, qanunsuz dərman prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarını əhatə edib: "Toplanmış materiallar əsasında 2018-ci il aprelin 27-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq-əməliyyat tədbirləri həyata keçirilib".
Məlumata görə, ilkin istintaq materialları ilə müəyyən edilib ki, "Sanimed" və "Epidbiomed" MMC-nin bir qrup vəzifəli şəxsləri əlbir olaraq daha çox gəlir əldə etmək üçün 2011-ci ildən ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələri idxal ediblər.
Məlumata görə, bu qrup 100-ə qədər özəl və dövlət qurumlarında çalışan həkimlərlə razılaşaraq xəstələrə yalnız bu dərmanların təyin edilməsinə nail olublar.
Məlumatda deyilir ki, bu müəssisələrin vəzifəli şəxslərinin ölkəyə uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatları gətirdikləri də müəyyən edilib: "Aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb".
Məlumata görə, dərman vasitələrinin dövriyyəsini əks etdirən "qara mühasibatlıq" sənədləri, eləcə də "Epidbiomed" MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti aşkar olunub.
Toplanmış ilkin sübutlar əsasında M.Nağıyev, H.Orucov, A.Kərimov,
N.Əliyev və K.Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. -05D-
-
- Tanımalı Azərilər
- 30 Aprel 2018 15:30
-
- Cəmiyyət
- 30 Aprel 2018 17:47
Cəmiyyət
-
"Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək". Bunu, dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə prezident İlham Əliyev söyləyib.
-
Dekabrın 28-də Bakıda və Abşeronda yağış gözlənilir. Şimal-cənub küləyi şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə müsbət 5 +8, gündüz müsbət 8 + 10 dərəcə olacaq. Rütubət 80-90 faiz olacaq.
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
Rəy yaz