Açiq mənbələrdən foto.
Əhmədova yol-nəqliyyat hadisəsinin ertəsi gün hadisə yerində olub
Bakı/07.06.21/Turan: Daxili İşlər Nazirliyi və 3 saylı Şəhər Xəstəxanası hələ də yol-nəqliyyat hadisəsinin iştirakçısı olan Aynur Əhmədovanın harada müalicə olunduğu və aldığı fiziki xəsarətin dərəcəsi barədə məlumat verməyib.
Əhmədovanın avtomobili mayın 25-də Təbriz Gülalıyevin avtomobili ilə toqquşub.
Daxili İşlər Nazirliyinin məlumatında o, ağır xəsarətlər almış şəxs kimi, Gülalıyev isə orta ağır dərəcəli xəsarət almış şəxs kimi göstərilib. Ötən həftə Gülalıyev Bakı Sağlamlıq Klinikasında üzdə sümük toxumalarının bərpası üzrə ağır əməliyyat keçirib. Onun həmçinin dizində çatlaq var və gips qoyulub.
Turan Agentliyinin sorğularından sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, Əhmədova yol-nəqliyyat hadisəsindən sonra körpücük sümüyünün qırığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Müayinə, müalicə həyata keçirilib, sarğı qoyulub. Mayın 29-da sarğı yenilənib və sabitləmə həyata keçirilib. Amma Əhmədovanın harada müalicə olunduğu məsələsi açıq olaraq qalır.
Agentlik Əhmədovanın yol-nəqliyyat hadisəsindən sonra xəsarət alması və fiziki vəziyyəti haqqında şübhələri artıran yeni faktlar aşkar edib.
Turan agentliyinin direktoru Mehman Əliyev hadisə yerində olub və yol-nəqliyyat hadisəsinin şahidləri ilə söhbət edib. Bu şəxslər qəza yerindən 15 metr məsafədə yerləşən yem anbarının işçiləridir.
Onlar bildiriblər ki, Aynur Əhmədova qəzadan sonrakı gün, mayın 26-da iki kişi ilə birlikdə anbarın yaxınlığına gəlib. Əhmədova yüngülvari axsayırdı. Onlar müşahidə kameralarındakı görüntülərə baxıblar və gediblər. İşçilər qəza günü avtomobildən çıxmasına yardım etdikləri üçün onu tanıyıblar.
Videomüşahidə kameralarının hadisə haqqında görüntülərini müstəntiq alıb, deyə anbar işçiləri bildiriblər. Əliyev yol-nəqliyyat hadisəsi haqqında video ilə tanış olmaq istəyib, amma anbarda bildiriblər ki, bu görüntülər silinib.
Keçmişdə Əliyevin qızının da körpücük sümüyü qırıldığı üçün onun bu travma ilə bağlı məlumatı var. Bu hallarda qırığın hərəkətsizliyi təmin edilir – həkim xüsusi sarğı ilə sümükləri sabitləyir, bu sarğı bir neçə həftə qalmalıdır. Ağır xəsarət zamanı vint və plastin və ya ştiftlə birləşdirmə həyata keçirilir. Əməliyyat zamanı həkim qırıqların yerdəyişməsini aradan qaldırır və metal konstruksiyalar vasitəsilə sümüyün bütövlüyünü bərpa edir. Cərrahi müdaxilədən çox vaxt yerdəyişməli qırıqların müalicəsində istifadə olunur. Adətən körpücük sümüyü toxumasının bərpası böyüklərdə 6 həftədən 12 həftəqə qədər vaxt tələb edir. Amma Əhmədova növbəti gün artıq yol-nəqliyyat hadisəsi yerində olub...
Bəs 25-29 may tarixlərində Əhmədova harada olub və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 3 saylı Şəhər Xəstəxanasına istinadən iddia etdiyi kimi, həqiqətən də onun körpücük sümüyü qırılıb? 0-
-
- Maliyyə
- 7 İyun 2021 14:05
Cəmiyyət
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
Rəy yaz