Ermənistan tərəfi sərhədçilərin yük maşınına atəş açıb
Bakı/30.08.19/Turan: Avqustun 29-da saat 18:30-da Azərbaycan Sərhəd Xidmətinin içərisində hərbiçilər olan yük maşını Ermənistan tərəfindən atəşə məruz qalıb. Hadisə Qazax rayonunda Fərəhli kəndi yaxınlığında baş verib.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Ermənistanın Noembryan rayonunun Şavarşavan kəndi istiqamətindən snayper silahından atəş açılıb.
Sərhəd Xidmətinin dərc etdiyi fotoşəkildən göründüyü qədər, düşmən yük maşınının ön şüşəsinə atəş açıb. Nəticədə maşında olan hərbiçilər xəsarət almayıb. Azərbaycan tərəfi cavab atəşi açıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin qeyd edilən hissəsi son həftələr Azərbaycan tərəfin yeni mövqelər ələ keçirdiyi yerdir. Buna cavab olaraq Ermənistan tərəfi qonşu hissədə analoji şəkildə irəlilədiyini bəyan edib. -02D-
Cəmiyyət
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
Rəy yaz