İ.Əliyev �Qarabağ�a 2 mln. manat ayırıb
Bakı/24.08.17/Turan: "Qarabağ" klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması münasibətilə prezident İlham Əliyev cümə axşamı klub rəhbərliyini və futbolçularını qəbul edib.
Elə bu gün dövlət başçısı öz ehtiyat fondundan kluba 2 mln. manat ayrılması haqqında fərman imzalayıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə çıxan ilk Azərbaycan klubu oldu.
Pley-off mərhələsində Ağdam klubu iki oyunun yekunlarına görə Danimarka "Kopenhagen" klubuna qalib gəlib (1:0 və 1:2). -71D-
-
- Foto sessiyalar
- 24 Avqust 2017 15:34
-
- Siyasət
- 24 Avqust 2017 17:03
Cəmiyyət
-
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə genişmiqyaslı meşə bərpa səyləri barədə məlumat verərək, meşə ərazilərinin genişləndirilməsi məqsədilə on minlərlə ting əkildiyini açıqlayıb. Lakin tənqidçilər nazirliyin eyni zamanda özəl şirkətlərə torpaq icarəyə verməklə meşələrin qırılmasına şərait yaratdığını iddia edirlər.
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
Rəy yaz