klankosova.tv
BMT Azərbaycan nümayəndəliyi ölkədə selektiv abortun yayılması problemini müzakirə etmək və hələ doğulmamış körpələrin məhv edilməsinə mənfi münasibətin əhali arasında təbliğatı üçün bakılı blogerləri dəvət edib.
İslamdanöncəki zamanda körpə qızların diri-diri torpağa basdırıldığı vaxtdan çox keçib. Azərbaycanın xalq məsəli -Yeddi oğul istərəm, bircə dənə qız gəlin (yəni Gızbəsti anlamında) göstərir ki, ta qədimdən bizim xalq övladın oğlan doğulmasını daha çox istəyib, nəinki qız. Ailədə kişiyə evə qazanc gətirən şəxs, qıza isə yük kimi baxılıb. Belə ki, valideynləri ömür boyu ona cehiz yığmaqla məşğul olublar. Ərə getdikdən sonra isə başqa ailənin xidmətçisinə çevrilib. Təəssüf ki, bu çirkin təsəvvürlər indiyədək mövcuddur, xüsusilə də kənd yerlərində.
İş o yerə çatıb ki, bu gün Azərbaycan adambaşına düşən selektiv abortun sayına görə dünyada ikincidir. Birinci yerdə Çin gəlir. Burada abort ənənəsi kommunist hakimiyyəti tərəfindən qoyulub, ailələrə birdən çox uşağın dünyaya gətirilməsi qadağan edilib. Bu qanun ləğv edilib, Uşaqların doğulmasına müdaxilə edən Çin ənənəsi isə qalır. Dünyada selektiv abortların sayına görə ikinci yerdə Azərbaycandır (hər yüz qıza 115,6 oğlan), üçüncü yerdə Ermənistandır (hər yüz qıza 114 oğlan). Eyni çirkin ənənə Gürcüstanda da hökm sürür.
Azərbaycanla Ermənistan arasında statistik fərq simvolikdir, böyük deyil. Mühüm olan odur ki, Azərbaycan parlamentində selektiv abortu qadağan edən qanun Ermənistandan beş il sonra qəbul edilib. Ardıcıl olaraq, dölün seçim yolu ilə məhv edilməsi şəraiti bizdə çox davam edib ki, bu da Azərbaycanda demoqrafik duruma birbaşa təsir edir.
"Reproduktiv sağlamlıq haqqında" qanunda selektiv aborta dair ayrıca maddə var. Bu, uşağın cinsiyyətini müəyyən etmək üçün ultra-səs müayinəsini (UZİ) qadağan edir. Əgər müayinə və abort tibbi göstərişə əsasən (valideynlərin genetik xəstəlikləri və s.) lazımdırsa o zaman istisna hallar olur. Əgər oğlan və ya qızın doğulmasının ağır xəstəlik və ya ölümlə nəticələnə biləcəyi halları sübuta yetirilərsə və ya körpənin anasının həyatı üçün təhlükə olarsa tibbi aborta icazə verilir.
"Qanun pozuntusuna görə cəza törədilmiş cinayətin ağırlığına uyğun olaraq təyin edilir: inzibati cəzadan tutmuş cinayət cəzasına qədər. Qanunu pozan həkim gələcək fəaliyyətindən kənarlaşdırıla və ya həbs edilə bilər", - deputat Musa Musayev jurnalistlərə bildirib.
Ancaq məsələ bundadır ki, qanunun olması problemi həll etmir. Bütün qanunlar pozulur və ya qanunda boşluqlar aşkar edilir. Hindistan və Çində cinsi əlamətə görə abort qadağan edilib, həbs cəzası təhlükəsi altında isə həkimlərə gələcək uşağın cinsiyyəti barədə valideynlərə məlumat vermək qadağan edilib, ancaq orada da selektiv abortlar yayılıb. Azərbaycanlıların oğlanla qız arasında fərq qoymaması üçün gündəlik gərgin maarifləndirmə işi aparılmalıdır. Bizim ölkəmiz bu məsələ ilə bağlı ikinci yerdə olduğundan BMT bu məsələdən narahatdır. Bakıda bu cür təbliğat yoxdur. Bizim avtobuslarda və metropolitendə gənc valideynləri qızları da eyni həvəslə dünyaya gətirməyə çağıran plakatlar yoxdur.
Əgər telekanallarda selektiv abortların yaxşı hal olmadığını müzakirə etsəydilər, heç olmasa, müşahidə edilən siyasi təbliğatdan üç dəfə az, bu, sosial problemin həllndə mühüm irəliləyiş olardı. Məktəblərdə, tibb müəssisələrində selektiv abortların mənəviyyatsızlıq olması barədə açıqlamalar planlı şəkildə aparılmalıdır. Şəhər küçələrində, xüsusilə kənd yerlərində, əhalinin mentalitetinin maarifləndirməyə ehtiyacı olduğu yerlərdə sosial reklamlar lazımdır. Azərbaycan televiziyalarında sosial proqramlarda bu məsələnin müzakirəsi effektli olardı. Ancaq sadalanan halların heç birini Azərbaycanda müşahidə etmirik.
BMT Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev xəbərdarlıq edir ki, əgər vəziyyət dəyişməyə başlamasa, gender disbalansı əsl demoqrafik fəlakətə çevrilə bilər. Ekspertlər hesab edirlər ki, əgər Azərbaycan müvafiq tədbirlər görməsə, 20-30 ildən sonra ölkədə demoqrafik vəziyyət ciddi şəkildə dəyişəcək. Qadınlarla kişilər arasında nisbət o qədər böyük ola bilər ki, bu, ölkədə doğuşa mənfi təsir göstərə bilər.
Rəy yaz