Leysan yağışları qərb bölgəsinə ziyan vurub (video)

Ötən gecə dolu və leysan yağışları qərb bölgəsində yaşayış məntəqələrinə ziyan vurub. Əsasən Mingəçevir, Naftalan, Goranboy və çoxsaylı kəndlərə ziyan dəyib.

Leysan nəticəsində sel əmələ gəlib ki, yolları və evləri, təsərrüfat tikililərini su basıb. Bəzi yerlərdə elektrik xətləri sıradan çıxıb.

Leysan yağışları nəticəsində Bakı küçələrini də su basıb, yeraltı keçidlər, zirzəmilər su ilə dolub.

Sinoptiklər və FHN hələlik leysanın nəticələri ilə bağlı rəsmi məlumat verməyiblər.-02В-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti