Rusiya-Azərbaycan münasibətləri, özünüməşğulluq proqramının icrasına ola biləcək maneələr, AAAF yaşayış kompleksi sakinlərinin işıqsız qalmasının səbəbləri və s. məsələlər bugünki (19 sentyabr. 2018-ci il) medianın aparıcı mövzularındandır...
Yaxın qonşu olmanın təsdiqi
"Azərbaycan qəzeti "Yaxın qonşu" sərlövhəli məqalədə Rusiya-Azərbaycan münaisəbətlərini dəyərləndirir.
Müəllif bu il sentyabrın 1-də prezidentlər İlham Əliyevlə Vladimir Putinin Soçi görüşünü Azərbaycan və Rusiya xalqlarının dostluq əlaqələrinin möhtəşəm gücünün, iqtisadi baxımdan da mühüm əhəmiyyət kəsb etməsinin təsdiqi adlandırır.
Müəllifə görə, adı çəlilən görüşdə müxtəlif sahələri əhatə edən 17 sənəd imzalanması Azərbaycan-Rusiya dostluğunun möhkəm iqtisadi bünövrəyə söykənməsinin göstəricisidir: "Belə zəngin məzmunlu görüşün keçirilməsi həm də ona işarədir ki, Azərbaycan-Rusiya əlaqələri mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır".
Müəllif deyir ki, beynəlxalq ekspertlər və politoloqlar Soçi görüşünü iki dövlət arasında iqtisadi əməkdaşlığın, strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirirlər.
Daha sonra müəllif Soçi görüşündə Azərbaycan və Rusiya hökumətləri arasında imzalanan 2024-cü ilədək əməkdaşlıq proqramı və fəaliyyət planının qarşıdakı illər ərzində birgə iqtisadi fəaliyyəti koordinasiya etməyə, hər iki ölkənin perspektivləri birgə müəyyənləşdirməsinə imkan verəcəyini bildirir.
Məqalə müəllifi həm də xatırladır ki, 2024-cü ilədək fəaliyyət planında ticarət, nəqliyyat, birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahələrində qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş yol xəritəsi təsdiq edilib.
Müəllif eyni zamanda çalışma istiqamətləri göstərilən sahələrdə görüləcək fəaliyyətlərin məzmunu barədə yazır, burada qarşılıqlı ticari əlaqələr, "Şimal-Cənub nəqliyyat dəhlizi"nin inkişafı, birgə istehsal müəssisələrinin qurulmasının, neft-qaz, energetika sahəsində birgə layihələrin reallaşdırılmasının nəzərdə tutulduğunu bildirir.
Müəllif vurğulayır ki, bu fəaliyyət sırasına kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsi, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz satışının artırılması da daxildir.
Müəllif deyir ki, Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığın perspektivinə xüsusi önəm verir və Rusiya ilə iqtisadi münasibətlər sahəsində sənaye, neft maşınqayırması, turizm, tranzit, Rusiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda investor kimi iştirakı və s. sahələrdə əməkdaşlıq üçün sonsuz imkanlar mövcuddur və hər iki tərəf bu əlaqələrin dinamik inkişafında maraqlıdır.
Özünüməşğulluq proqramının problemləri
"Novoye vremya" qəzetində isə "Gündəlikdə məşğulluq problemidir" sərlövhəli məqalə oxumaq olar.
Müəllif ölkədə işsizlik problemini gündəmin müzakirəsinə daşıyır.
Müəllif deyir ki, rəsmi statistika Azərbaycanda işsizliyin 5% səviyyəsində olduğunu bildirir, bununla belə məşğulluq problemi yenə də aktual olaraq qalmaqdadır: "2015-ci il böhranının hələ də bəzi sahələrdə müşahidə olunması bu mövzunun aktuallığını daha da artırıb. Yeri gəlmişkən, əgər bu məsələ bu qədər vacib olmasaydı, ona bu qədər diqqət yetirilməzdi. Məsələn, özünüməşğulluq proqramı iş axtarmaq məsələsindən irəli gəlib".
Müəllif deyir ki, özünüməşğulluq proqramının məqsəd və vəzifələri aydındır, təkcə bu sosial layihəni reallaşdırılmasına başlamaq qalır, bax burada ləngimələr mümkündür: "Məsələ bundadır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramının necə reallaşdırılacağını deməyib. Yəni, onun icra olunması mexanizmi haqda heç nə bildirməyib. Belə ki, bu məsələ Azərbaycan üçün yenidir, bunun təcrübədə necə olacağının izahı lazımdır. Düzdür Azərbaycanda bu və ya başqa şəkildə ailə biznesi mövcuddur, amma bunun təşəbbüskarı vətəndaşlar özləridir".
Müəllif hesab edir ki, nazirliyin işsizlər üçün ailə biznesinə necə şərait yaradacağı aydın deyil və əverişli şərait olmadığı halda proqramın "axsaması" baş verəcək.
Müəllifə görə, habelə nazirliyin kiçik və orta biznesin inkişafına təsiri məsələsi də dumanlı qalır, odur ki, nazirlik proqramın icrasında tələsməməlidir, əvvəlcə onun mexanizmləri müəyyən edilməli, daha sonra bu proqrama nə qədər vətəndaşın cəlb olunacağı barədə danışılmalıdır.
Müəllif iddia edir ki, yerlərdəki məşğulluq orqanları sosial yönümlü ən potensial səmərəli proqramı kökündən məhv edə bilərlər və nazirlik məmurları bunu yadan çıxarmamalıdır.
Müəllif hesab edir ki, bu məsələdə korrupsiya, vəsaitlərin mənimsənilməsi, sosial layihələrə ayrılan vəsaitlərin talan olunması, bununla da əmək bazarında vəziyyətin ağırlaşması kimi amillərin ola bilməsi nəzərə alınmalıdır.
Yazı müəllif vurğulayır ki, hətta keçmiş vaxtlarda nazirliyin özünü təşkil etdiyi yarmarkalarda məşğulluq məəsləsini həlle tməyə təsir göstərə bilmirdi, əgər nazirlik işlə təminatı barədə danışırdısa, bunlar müvəqqəti iş yerləri idi.
Müəllif deyir ki, sosial müdafiə sahəsinin güclənməsi üçün ilk növbədə işsizliyə görə vəsaitlərin həcmi artırılmalıdır, amma bu barədə hələ ki, heç nə deyilmir, əgər işsizliyə görə minimal müavinət 70 manatdırsa hansı sosial müdafiədən söhbət gedə bilər?
Borclu qurumlar, işıqsız qalan sakinlər
"Qafqazinfo"da isə "AAAF-da 12 saat işıq yanmayıb - 100 minə yaxın borcları var" sərlövəhli məqalə diqqət cəlb edir.
Müəllif adı çəkilən yaşayış kompleksi sakinlərinin elektirk kəsintisi yaranmasının səbəblərini araşdırır.
Müəllifin sözlərinə görə, AAAF Park Yaşayış kompleksinin sakinləri dünən avqusutn 18-də 12 saat işıqsız qaldıqları üçün müraciət ediblər və elektrik enerjisinin kəsilməsinə səbəb kimi kompleksin "Azərişıq" ASC-yə 90 min manat borclu olmasını göstəriblər. "İşıq dünən səhər saat 11-də kəsildi, bir də axşam 11-də yandı. Kompleksin ümumi bir sayğacı var, mənzillərimizə isə şirkət tərəfindən ayrı-ayrılıqda sayğac qoyulub. Borcumuzu ödəyirik, qeyri-rəsmi kağız verilir, özü də biz elektrik enerjisinin dəyərini 7 yox, 9 qəpikdən ödəyirik. Deyirlər, sakinlərin borcudur, əlimizdəki kağızları göstəririk".
Müəllif deyir ki, sakinlər də belə suala cavab axtarırlar ki, nə qədər işıq yandırmalıdırlar ki, bir ayda 90 min manat borc yaranmış olsun.
Müəllifə görə, sakinlər bildirir ki, burada AAAF-ın obyektləri var və böyük ehtimalla yaranmış borcun mənbəyi həmin obyektlərdir, amma işıqsız sakinlər qalırlar.
Müəllif vurğulayır ki, sakinlər həm də belə halların mütəmadi baş verməsindən narazılıq edirlər: "Biz hər ay bu vəziyyəti yaşayırıq. İşığımız sönəndə şirkətin elektrik müdirinə zəng vururuq, deyir, "Azərişıq"da qəza baş verib.
"Azərişıq"a zəng vurduqda isə borca görə bağlandığını bildirirlər. Dünən dedilər ki, borc ödənməsə, bu gün də işığımız söndürüləcək".
Müəllif bildirir ki, "Azərişıq" ASC də şirkətə dəfələrlə xəbərdarlıq edildiyini bildirib: "Bəli, hazırda şirkətin bizə böyük miqdarda borcu var. Dəfələrlə xəbərdarlıq olunsa da, hər ay bu problemlə qarşılaşırıq. Ona görə də elektrik təchizatının verilməsi fərdi qaydada dayandırılır".
Müəllifin sözlərinə görə, AAAF Park Yaşayış kompleksi rəhbərliyi isə
borcunu ödədiyini bildirir: "Məsələnin başqa tərəfi də var. Belə ki, avqust ayı üçün heç bir yerə borcumuz yoxdur. Sentyabr ayı isə hələ bitməyib. Qanuna görə biz bu ödənişi borc yarandıqdan sonra qarşıdakı 10 gün ərzində, yəni ayın 30-na qədər ödəyə bilərik".
Kompleks sözçüsü şirkətin bu qədər sıxışdırılmasını anlamadığını, hələ vaxt tamam olmamış, verilən müddət bitməmiş bu böyüklükdə kompleksi bilərəkdən işıqsız qoymağın heç bir məntiqə sığmadığını bildirir.
Eyni zamanda, şirkət rəhbərliyi "Azərişıq" ASC-nin belə təzyiq formasını qəbuledilməz adlandırır.
Rəy yaz