"Müsəlman Birliyi" öldürülmüş üzvünün təqsirsiz olduğunu bildirir
Bakı/30.07.18/Turan: "Müsəlman Birliyi" öz bəyanatında xüsusi xidmətlər tərəfindən "silahlı müqavimət" göstərdiyinə görə öldürülən Sərxani Ağa Hüseyn oğlunun bu təşkilatın üzvü olduğunu etiraf edib.
"Hakimiyyət "Müsəlman Birliyi" hərəkatını Gəncə hadisəsinə cəlb etməyə çalışıb, amma buna imkan verilməyib. Bununla belə, hərəkat üzvləri hədəf seçilib", deyə bəyanatda bildirilir.
Sərxani Ağa hərəkatın fəal üzvü idi, onun aksiyalarında iştirak edirdi.
Gəncə hadisələri ilə bağlı şübhəli bilinən şəxslərin, o cümlədən Sərxani Ağanın öldürülməsi hakimiyyətin cəmiyyətdə qorxu salmaq cəhdidir.
2015-ci ildə Nardaranda buna bənzər vəziyyət olub, hərəkatın fəal üzvləri uydurma silahlı müqavimət göstərmək ittihamları ilə həbs ediliblər.
"Bu gün Gəncə iğtişaşlarının təşkili ilə bağlı uydurma ittihamlarla yenə dindarları qətlə yetirirlər", deyə bəyanatda bildirilir.
Müəlliflər hesab edirlər ki, Sərxani Ağa öldürülüb, sonradan əlinə tapança verilib, şəkli çəkilib və yayılıb.
Hərəkat həmçinin Sərxaninin cəsədinin ailəsinə təhvil verilməsini tələb edir. -06D-
-
- Cəmiyyət
- 30 İyul 2018 18:26
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz