islam.ru
QMİ Məkkə turları sata-sata dollar milyoneri olub
Fevralın 12-də Qafqaz Müsəlmanları İdarəsi Məkkəyə həcc ziyarətinə getmək istəyənlərin sənədlərinin qəbuluna başlayıb. Ötən il azərbaycanlılar üçün kvotanın artırılacağı vəd edilmişdi, amma məlum oldu ki, 2018-ci ildə Məkkəyə Azərbaycandan əvvəllər olduğu kimi 900 deyil, 600 nəfər gedəcək (kvota 34% azalıb). İkinci xəbər - Səudiyyə Ərəbistanı hökuməti Azərbaycanlı ziyarətçilərin dini turun çərçivəsindən kənara çıxaraq, Məkkəni tərk etməyi qadağan edib.
Məqalənin mövzusuna qayıdaq - QMİ-nin müvafiq şöbəsi tərəfindən müəyyən edilmiş ziyarətin dəyəri 4150 ABŞ dollarıdır. Azərbaycan ziyarətçisi üçün bu qiymət nə dərəcədə yüksəkdir?
Rusiya və Qazaxıstandan - coğrafi cəhətdən Səudiyyə Ərəbistanından Azərbaycandan daha uzaq olan ölkələrdən ziyarətçilərin həcc üçün ödədiyi məbləğlə müqayisə edək. Rusiyanın "Хадж-Центр" şirkəti bu il rahat avtobuslar, aviauçuş, mehmanxana və təcrübəli bələdçilərdən ibarət paketi 75-175 min rubla (1331-3105 dollar) təklif edir. Gördüyümüz kimi, ruslar üçün ən bahalı və deməli ən rahat təklif Azərbaycanda vahid həcc qiymətindən min dollardan da çox ucuzdur.
Qazaxıstanın Mabrur.tur şirkəti paketi 1150-2400 dollara təklif edir (sonuncu VİP paketdir). Vaxt çərçivəsi bütün ziyarətçilər üçün olduğu kimi - 9 gün 8 gecədir. Ziyarətçilər Məkkədə 4-5 ulduzlu otellərdə qalır.
Niyə Azərbaycanlılar artıq pul ödəyir, bir halda ki, Məkkə coğrafi cəhətdən bizə ruslardan və qazaxıstanlılardan daha yaxındır? Azərbaycanın AZAL şirkətinin Bakı və Ciddə - Səudiyyə Ərəbistanının Məkkə vilayətinə daxil olan şəhərinin aeroportu arasında birbaşa reysi var. Gediş-qayıdış bileti 972 manat və ya 571 dollardır.
Azərbaycan ziyarətçiləri üçün bütün tur isə seçim imkanı olmadan, sabitlənmiş qiymətlə - 4150 dollara təklif olunur. Bu məbləğdən Ciddəyə gediş-qayıdış üçün uçuş qiymətini çıxsaq, 3579 dollar qalır. Tutaq ki, yaxşı oteldə 8 gün 7 gecə günlük 100 dollara - Məkkədə qalmaq cəmi 800 dollara başa gəlsin. Bunu da çıxdıqda 2779 dollar qalır. Rahat, kondisionerli avtobusun sahibinə hər ziyarətçi üçün 500 dollar ödəyək - geriyə 2279 dollar qalır. 279 dollar da viza xidmətlərinin, icbari həyat sığortasının, yüngül qida və sərinləşdirici içkilərin ödənişinə çıxaq (ziyarətçilər oraya kabab yeməyə getmirlər ki). 2 min dollar qalır. Bu pul kimə çatacaq, kimin cibinə girəcək? Cavab göz önündədir - QMİ-nin kassasına.
Daha bir riyazi hesablama aparaq, sonuncu rəqəmi bu ilki ziyarətçilərin sayına (600) vuraq və məlum olacaq ki, QMİ-nin Məkkə turları ticarətindən illik xalis gəliri 1 mln. 200 min dollar təşkil edir. Qafqaz Müsəlmanları İdarəsini milyoner adlandırmaq yalan olmazdı!
Ekspertlər yekdilliklə hesab edirlər ki, Azərbaycanlılar üçün həccin qeyri-adi bahalığının səbəbi 2015-ci ildə tətbiq edilmiş Məkkə turlarının satışı üzərində QMİ-nin inhisarıdır. Buna qədər həccin təşkili ilə bir neçə özəl tur şirkəti məşğul olurdu və bir səfərin qiyməti 2 min dollardan çox deyildi. Amma QMİ ziyarətin spesifikliyinə və insanların təhlükəsizliyinin təmin edilməsi zərurətinə istinad edərək inhisara nail olub.
"Dindarlar namaz qılmaq üçün turizm firmalarına getmirlər, məscidə gedirlər. Həcc adi turizm səfəri deyil, dini ziyarətdir və istənilən turizm şirkəti onun təşkili ilə məşğul ola bilməz. Firma işçiləri ziyarətçilərə təlimat vermək və dini ayinlərin qaydalarını izah etmək üçün ixtsaslaşmış olmalıdırlar", deyə həmin vaxt QMİ nümayəndəsi bildirirdi.
Bu il isə ilahiyyatçı Nəriman Qasımoğlu QMİ-nin inhisarına qarşı çıxaraq, Məkkə turlarının satışı hüququnu dövlət təşkilatlarına verməyi təklif edirdi. Hər il mətbuatda da bu cür çağırışlar səslənir.
Azərbaycan ziyarətçiləri üçün həcc təşkilatçılarından biri, QMİ nümayəndəsi Həmidulla Babayev Turan-a bildirib ki, bahalığın səbəbi oteldə qalma, nəqliyyat xidmətləri qiymətlərinin, habelə Səudiyyənin dövlət rüsumunun artmasıdır.
-
- İqtisadiyyat
- 21 Fevral 2018 12:04
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz