Tovuz rayonunda cəbhə xəttində gərginlik
Bakı/15.09.18/Turan: Sentyabrın 15-də axşam saatlarından sentyabrın 15-i səhərə qədər erməni qoşunları Tovuz, Tərtər və Ağdam istiqamətlərində yaşayış məntəqələrinə atəş açıblar, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Atəş açılarkən artilleriyadan da istifadə olunub. Düşmən Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndlərində Azərbaycan ordusunun mövqelərini və mülki obyektləri atəşə məruz qoyub.
Xəsarət alan olmayıb, amma vətəndaşların evlərinə və əmlakına, həmçinin mülki infrastruktura ziyan dəyib.
Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmənin fəallığı yatırılıb, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ermənistan tərəfi öz növbəsində Azərbaycanı Ermənistanın dinc kəndlərinə atəş açmaqda ittiham edib. -02D-
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz