Aİ Türkmənistan qazını İran vasitəsilə qəbul etməyə hazırdır
Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maros Şefkoviç Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovla görüşündən sonra bəyan edib ki, Türkmənistan qazı Avropaya İran ərazisi ilə nəql oluna bilər.
M.Şevkoçiv deyib ki, Türkmənistan qazının Azərbaycan vasitəsilə Xəzərin dibi ilə nəqlinə 2019-cu ildən başlana bilər, BBC France Presse agentliyinə isnadən xəbər verib.
Onun sözlərinə görə, İran və Aİ arasında diplomatik münasibətlər müsbət məcrada inkişaf edir. Şevkoviç İranın nüvə proqramı üzrə qarşılıqlı məqbul sazişin imzalanmasına ümidvar olduğunu bildirib.
Öz növbəsində İran hesab edir ki, qazın onun ölkəsi ilə tranziti daha sərfəlidir, nəinki Xəzərin dibilə.
Hazırda Türkmənistan İrana 5 mlrd. kub metr qaz nəql edə bilr. İran analoji həcmdə qazı Türkiyə ilə sərhəddə Avropaya da nəql edə bilər. Turan-ın analitikləri qeyd edirlər.
İranın dünyada ən böyük qaz ehtiyatlarından birinə sahib olmasına baxmayaraq, inkişaf etmiş qaz kəməri şəbəkəsinə malik deyil ki, bu da həm daxili tələbat, həm də qaz ixracı məsələsində problem yaradır.—0—
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz