Ərdoğan 17 dekabr əməliyyatı prokurorlarını cəzalandırmaq yolunda
Türkiyə xəbər saytları baş nazir Ərdoğanın “17 dekabr “korrupsiya və rüşvət əməliyyatı”na rəhbərlik edən prokurorlara qarşı məhkəmə iddiası qaldırılacağı barədə bəyanatını yayıb.
Ərdoğan bu prokurorları “paralel dövlət”lə birlikdə hərəkət etməkdə ittiham edib. Baş nazir oğlu Bilal Ərdoğanın, həbsdə olan nazirlərin oğullarının, habelə oğlu Bilal Ərdoğanın rəhbərlik etdiyi TÜRGEV şirkətinin də prokurorlara qarşı məhkəmə iddiası qaldıracağını söyləyib.
Baş nazir bu əməliyata görə yenə də Gətullah Gülənin başçılıq etdiyi “Xidmət Hərəkatı”nı suçlayıb. “Bunlara qarşı mübarizədən əl çəkməyəcəyik, biz onlara hər cür asanlığı, imkanı yaratdıq, onlar isə bizi arxadan vurdular”, - Ərdoğan “Xidmət Hərəkatı”na münasibət ifadə edib.
Adı çəkilən əməliyyat zamanı 4 nazir oğlu, çoxlu sayda iş adamı, bank müdiri həbsə alındı, 4 nazirin korrupsiya və rüşəvətdə iştirakı əksini tapdı və onlar vəzifələrndən istefa verməli oldular. Bundan sonra Ərdoğan hökuməti ölkədəki prokuror, pilis müdirləri və hakimlərin yerlərini kütləvi şəkildə dyişdirmək kimi tədbirə əl atdı. Bununla yanaşı baş nazir bütün baş verənlərə görə Türkiyənin ünlü din xadimi F.Gülənin rəhbəri olduğu “Xidmət Hərəkatı”nı suçladı, hətta ona “dərin dövlət damğası” vurdu.
Adı çəkilən əməliyyatda Ərdoğaının oğlu B.Ərdoğanın da adı keçirdi, amma baş nazir səlahiyyətlərindən istifadə edərək oğlunun həbsinin qarşısını aldı.-05D-
-
- İqtisadiyyat
- 14 Fevral 2014 11:39
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz