Mariya Peyçinoviç-Buriç Avropa Şurasının yeni baş katibi seçilib
Bakı/26.06.19/Turan: İyunun 26-da axşam Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Avropa Şurası baş katibi seçkisi olub.
Səsvermədə 274 parlamentari iştirak edib. Xorvatiyanın keçmiş baş naziri və XİN rəhbəri Mariya Peyçinoviç-Buriçə 159 deputat səs verib. Onun rəqibi, Belçika XİN-in keçmiş rəhbəri Didye Reynders 105 səs toplayıb.
Beləliklə, 56 yaşlı M.Peyçinoviç-Buriç 5 il müddətinə AŞ baş katibi seçilib.
Səsvermənin nəticələrini müəyyən dərəcədə sensasion hesab etmək olar. Çünki bir çox ekspertin fikrincə, seçkilərin favoriti D.Reynders sayılırdı.
Qeyd edək ki, seçkidən öncə Rusiya nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə bərpa edilib.
Bundan dərhal sonra Ukrayna nümayəndə heyəti tam tərkibdə sessiyanı tərk edib.06D--
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz